“Yaşayış minimumu yenidən hesablanmalıdır” – EKSPERT
Fidan Həmişəyeva
13:43 13.05.2020
Cəmiyyət
1064
“Yaşayış minimumunun hesablanması qaydaları köhnədir. Ona görə bizdə yaşayış minimumu aşağı rəqəmlərlə ifadə olunur”
Millət vəkili Vüqar Bayramov kommunal xərclərlə bağlı maraqlı təklif səsləndirib. Deputat bildirib ki, ünvanlı dövlət sosial yardımına görə müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı.
V.Bayramovun fikrincə, bu, daha çox sayda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımına müraciət etmək imkanı yarada bilər.
“Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma görə müraciət edə bilmir. Yəni ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə adambaşına düşən kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır”.
Depuat bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparılır:
“Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, dörd nəfərlik ailədə kommunal xərc limiti 76 manatdan 108 manata çatdırılacaq. Müvafiq olaraq, daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardımın müəyyənləşdirilməsinə imkan yaradacaq”.
Deputatın təklifi ilə bağlı “Sherg.az”a danışan iqtisadçi-ekspert Natiq Cəfərli bildirin ki, ölkəmizdə sosial müavinətlərin təyin olunması qaydalarında ciddi dəyişiklik edilməsinə ehtiyac yaranıb. Pandemiya dönəmində bu məsələ bir neçə dəfə kəskin şəkildə önə çıxdı.
İqtisadçının qənaətincə, ilk növbədə yaşayış minimumunun hesablanma qaydalarında ciddi dəyişiklik edilməlidir:
“Çox təssüf ki, Azərbaycanda yaşayış minimumunun hesablanması qaydaları köhnədir. Ona görə bizdə yaşayış minimumu aşağı rəqəmlərlə ifadə olunur. Hətta qonşu ölkələrdə-Rusiyada, Qazaxstanda və Gürcüstanda fərqli yaşayış minimumunun hesablanması üçün fərqli mexanizmlər hazırlanıb. Yeni xərc istiqamətləri yaşayış minimumuna əlavə olunub. Həmçinin kalorinin hesablanması qaydası dəyişdirilib, internetdən istifadə əlavə olunub. Bizdə isə həftədə cəmi 1 saat internetdən istifadə yaşayış minimumuna əlavə edilib. Bu da çox aşağı göstəricidir. Həftədə 1 saat internetdən istifadə mümkün deyil. Kalorilərin hesablanması bizdə köhnədən qalma sistemlə aparılır. Əsasən çox ucuz məhsullar hesabına kalori norması doldurulmağa çalışılır. Bu da düzgün yanaşma deyil.
Dünyanın hər yerdinə əyləncə və dincəlmə xərcləri yaşayış minimumuna əlavə olunub, özünü inkişaf vəsəitləri də qeyd olunub. Yəni ölkəmizdə yaşayış minimumu yenidən hesablanmalıdır”.
N.Cəfərli deputatın təklifinin normal olduğunu diqqətə çatdırdı:
“Təbii ki, kommunal xərclər əsasən də aztəminatlı ailələrdə kifayət qədər böyük yükə malikdir. Amma tək kommunal xərclərin artırılması yolu ilə müəyyən dərəcədə sosial müavinətlərin artırılması yollardan biridir. Düşündüyüm model ondan ibarətdir ki, yaşayış normaları elə müəyyənləşdirilməlidir ki, insan faktoru tamamilə aradan qalxsın. İnsan qərar verməməlidir ki, kiməsə sosial müavinət düşür, kiməsə yox. Burada kifayət qədər çox aydın şəkildə ifadə olunmuş normalar olmalıdır. Hətta istənilən şəxs evdən çıxmayaraq da internet üzərindən ona sosial müavinətin düşüb-düşməməsi ilə bağlı informasiya əldə etməlidir. Belə sistem qurularsa, ölkəmizdə sosial müvainətlərin hesablanması qaydası, həcmi və əlçatımlılığı artar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm