Yenə yay, yenə suda boğulmalar... – “Nəzarətsiz çimərliklər ölüm mənbəyidir”
Fidan Həmişəyeva
09:31 16.06.2020
Cəmiyyət
1003
“Çimərliklərdə təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir”
“Süni su hövzələri, kanallar və s. bu kimi yerlər çimmək üçün nəzərdə tutulmayıb. Sən bilmirsən o gölün dibində səni nə gözləyə bilər”
“Belə yerlərə nəzarət olmazsa və insanlar da öz həyatlarına biganə yanaşıb ora gedərlərsə, bədbəxt hadisələr qaçılmaz olar”
Havaların isinməsi ilə çimərliklərdə və çaylarda ardıcıl faciələr baş verir. Son günlər çayda boğulmaların sayı artıb. Elə dünən Kür çayının Tovuz rayonundan keçən hissəsində iki nəfər batıb.Bu gün isə həmin şəxslərin kimliyi məlum olub.
Məlumata görə, onlar 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğludur.
Hadisənin təfərrüatı araşdırılır.
Vəziyyəti şərh edən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, havaların isti keçməsi və yay mövsümünün gəlməsi ilə insanlar sərinləmək, həmçinin istirahət üçün çimərliklərə, dəniz kənarı istirahətə üz tuturlar.
Ekspertin sözlərinə görə, çimərliklərdə təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir:
“Məlum məsələdir ki, yayda istirahət üçün ən gözəl seçim məhz çimərliklərdir. Ancaq hər il yay aylarında xeyli insanın nəzarətsiz çimərliklərdə, süni su hövzələrində, su anbarlarında və kanallarda çimərkən boğulması xəbərini eşidirik. Bəzi insanlar öz həyatlarını təhlükəyə ataraq süni su hövzələrində , su anbarlarında , kanalda , çaylarda və göllərə üz tutur, burada çimir və özlərini necə təhlükəyə atdıqlarının fərqində olmurlar. Süni su hövzələri , kanallar və s. bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb.
Sən bilmirsən o gölün dibində səni nə gözləyə bilər. Suyun dibində konserv qabı, kəsilmiş şüşə parçası, sınıq butulka və s. bunun kimi dəlici, deşici əşyaların suyun dibində olması istisna deyil və bunların insana nə qədər ağır xəsarət yetirəcəyini də düşünmək çətin deyil. Daha sonra göldə suyun dibinin lil olması, bataqlıq yaratması, ora düşən insanın oradan çıxmaq şansı belə olur və batan insan çıxmağa çalışdıqca daha da dərinə batır. Burada çimmək görün nə qədər təhlükəlidir.
Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını belə təhlükəyə atırlar. Hesab edirəm ki, bu cür yerlər dövlət tərəfindən nəzarət götürülsə, aidiyyəti üzrə dövlət qurumları tərəfindən yaxud FHN –nın sularda xilasetmə xidməti və DİN –nin müvafiq bölmələri ilə naryad ayrılarsa bunun qabağını almaq olar”.
E.Nurəliyev bildirib ki, süni su hövzələrində, kanalda və göllərdən çimərlik kimi istifadə edənlər ilə bağlı qanun layihəsi hazırlansa daha məqsədə uyğun olar:
“Yəni buna da nəzarət edən qurumun hansı tədbirləri görəcəyi bəlli olar. Tutaq ki FHN və DİN bunu nəzarətə götürdü , çimən şəxs aşkar olundu , hansı tədbirlər görülməlidir ki, bunlar qanunla tənzimlənməlidir. İnsanlar isə birmənalı olaraq başa düşməlidirlər ki, süni su hövzələri, su kanalları və çaylar, göllər çimmək üçün nəzərdə tutulmadığından orada çimmək öz həyatları üçün təhlükəlidir.
Ola bilər ki sən neçə illərdir orada çimirsən heç bir təhlükə ilə üzləşməmisən, ancaq bu o demək deyil ki, həmişə belə olacaq. Hadisə olanda bir dəfə olur. Ümumiyyətlə bu kimi yerlər əsasən də süni su hövzələri və göllər ya bələdiyyələrin balansında olur, ya da hansısa özəl və ya dövlət müəssisəsinə uzun müddətlik icarəyə verilir. Bunun da təhlükəsizliyini həmin icarədar həyata keçirməlidir.
Buranı dəmir məftillər və ya digər vasitələr ilə hasara almaq olar , xəbərdaredici nişanlar qoymaq olar ki, burada çimmək olmaz, ya da nəzarət üçün aidiyyatı üzrə müvafiq qrumlara müraciət etmək olar ki, işlər görülsün. Belə yerlərə nəzarət olmazsa və insanlar da öz həyatlarına biganə yanaşıb ora gedərlərsə, bədbəxt hadisələr qaçılmaz olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya
Tramp: Ukraynadakı münaqişəyə son qoyulmalıdır
16:14 21.09.2026
Dünya