Yeni ilin ilk körpəsinə Ruhəngiz adı verilib
17:12 01.01.2021
Cəmiyyət
369
Azərbaycanda yeni ildə doğulan ilk körpənin adı məlum olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 2021-ci ilin ilk günündə ölkədə doğulan ilk körpə kimi qeydə alınan qız uşağı Goranboy rayonunun Zeyrə kəndinin sakinidir.
Kənd sakini Elşən Qədimovun ailəsində dünyaya göz açan körpə ailənin ikinci övladıdır. Artıq doğmaları ona ad da seçib. İlin ilk körpəsinin adı Ruhangizdir.
Məlumata görə, Ruhangiz Qədimovanın və anasının vəziyyəti normaldır.
Qeyd edək ki, yeni ilin ilk doğumu saat 00:01-də Goranboy Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Körpənin çəkisi 3 kq 300 qramdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm