Yeni nəsil gəlir: Türkiyədə minlərlə körpəyə tarixi və modern adlar verildi

"Alparslan" adı yenə zirvədə, "Dəfnə" taxtdan endi, "Alya" lider oldu

2025-ci ildə Türkiyədə 889 min 598 körpə doğulub. Onlardan 456 min 932-si oğlan, 432 min 666-sı qız olub.

Sherg.az xəbər verir ki, rəsmi məlumatlara görə, yeni doğulanlara ən çox qoyulan adlar qızlarda Alya, oğlanlarda isə Alparslan olub.

Oğlan uşaqları arasında Alparslan adı 7 min 651 körpəyə verilib. Bu adı Yusif, Kərəm, Miran və Ömər Asaf izləyib. Atlas və Ömər də populyar adlar sırasında yer alıb.

Qız adlarında isə liderlik dəyişib. 2024-cü ildə birinci olan Dəfnə, 2025-ci ildə yerini Alyaya verib. Alya adı 8 min 953 qız körpəyə qoyulub. Sonrakı yerlərdə Defne, Gökçə, Zeynəb, Asel, Umay və Asya adları qərarlaşıb.