Yeni tədris prosesinin başlanması ilə bağlı BDYPİ hərəkət iştirakçılarına müraciət edib
Yusif Nəzərli
05:27 15.09.2025
Cəmiyyət
474
Tədris prosesinin başlanması ilə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir.
Sherg.az xəbər verir ki, bu barədə Yeni tədris prosesinin başlanması ilə bağlı BDYPİ hərəkət iştirakçılarına müraciətində deyilir.
Bu, ilk növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdə həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır.
Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli olsunlar.
Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir.
Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq durmalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir və xatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual