Yeni yaradılan şöbə təqdir edildi
07:20 08.01.2021
Cəmiyyət
722
Şəhid ailələrinin və qazilərin problemləri operativ şəkildə öyrəniləcək
Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır. Bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nda dəyişiklik edilməsi ilə bağlı Fərmanında nəzərdə tutulub. Yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.
Millət vəkili Cavid Osmanov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Millət vəkili deyib ki, hələ Vətən müharibəsi başlamamışdan qabaq da şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilib:
"Əlbəttə ki, Vətən müharibəsindən dərhal sonra da Cənab Prezidentimiz tərəfindən bir sıra sərəncamlar imzalandı. Onlar ordenlərlə və medallarla təltif edildilər.
Onlara verilən müavinətlərin həcmi artırıldı. Prezidentimiz tərəfindən həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilirdi".
C.Osmanov qeyd edib ki, müşavirədə Cənab Prezident Qaçqınkomun nəzdində olan mənzillərin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə verilərək, növbəlilik əsasında Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə verilməsinin həyata keçirilməsini də vurğulayıb:
"Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə "YAŞAT" fondu yaradıldı. Bu fond da həmin ailələrin problemlərinin həllində mühüm rol oynayacaq. İcra hakimiyyətlərində qazilər və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradıldı.
Bu çox gözəl təşəbbüsdür və təqdirəlayiqdir. Çünki məhz bunun sayəsində həmin yerlərdə hər bir şəhid ailəsinin, Qarabağ əlilinin problemləri dərhal və operativ şəkildə həll olunacaq.
Bu çox vacib məqamdır. Onların müraciətinə operativ şəkildə baxılacaq və yerli icra hakimiyyətində fəaliyyət göstərən bu şöbə daim onların qayğıları ilə məşğul olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm