Yol polisi sürücülərə müraciət edib
Yusif Nəzərli
06:17 01.09.2025
Cəmiyyət
433
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddini aşan sürücülərə müraciət edib.
Bu barədə Sherg.az-a İdarədən bildiriıib.
Məlumata görə, respublikanın müxtəlif bölgələrində son günlər baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sükan arxasında məsuliyyətsiz davranış və yol hərəkəti qaydalarının pozulması təkcə sürücünün deyil, onunla birgə hərəkətdə olan ailə üzvlərinin, uşaqların və yaxınlarının həyatına ciddi təhlükə yaradır.
"Təəssüf ki, yollarda törədilən qayda pozuntuları çox zaman geri dönüşü mümkün olmayan faciələrlə yekunlaşır.
Xüsusilə vurğulamaq lazımdır ki, qəzaların ən ağır və acı tərəfi qaydaları pozan sürücülərin deyil, çox vaxt onların günahsız sərnişinlərinin – körpə uşaqların, valideynlərin və yaxınların həyatlarını itirməsidir. Bu isə yol hərəkətində hər bir kəsin məsuliyyətinin nə qədər böyük olduğunu bir daha göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edərək bir daha xatırladır:
-sürət həddini aşmaq, qəfil və düşünülməmiş manevrlər yol-nəqliyyat hadisələrinin əsas səbəblərindəndir;
-yolayrıclarında diqqətli olmaq, digər nəqliyyat vasitələri və piyadalarla qarşılıqlı ehtiyatlı davranmaq təhlükəsizliyin təmin edilməsinin başlıca şərtidir;
-təhlükəsizlik kəmərindən istifadə etməmək isə qəza zamanı insan həyatını birbaşa təhlükə altında qoyur.
Unutmayın, qaydalar Sizi və sevdiklərinizi qorumaq üçündür" - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol