Yol qazılıbsa, bərpa olunmalıdır: Günahı bir-birinin üzərinə atmaq lazım deyil
Məlahət Rzayeva
12:38 09.11.2019
Cəmiyyət
874
“Azərsu” ASC sosial şəbəkələrdə “Azərsu” gəlir yolu qazır, boruları təmir edir, yol təmirsiz qalır” məsələsinə aydınlıq gətirib. Qurumun sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib ki, cəmiyyətdə bu fikir haqlı şəkildə formalaşıb:
“Biz qəza olursa, mütləq oranı qazmalı və təmir işləri aparmalıyıq. “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” demək düzgün yanaşma deyil. Bizim qurumun asfalt təsərrüfatı yoxdur. Biz 2-3 kvadrat metr yol qazırıq. AAYDA-nın da o imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib ərazini düzəltsin. Ərazinin bərpası üçün bir neçə gün vaxt lazım olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz iş aparırıq ki, belə hallar minimuma çevrilsin”.
“Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb”, - deyə sədr qeyd edib.
Yol-nəqliyyat problemləri üzrə mütəxəssis Fərhad Eyyubov “Şərq”ə açıqlamasında rəsmi qurumların günahı bir-birinin üzərinə atmasını məsuliyyətdən yayınma adlandırdı:
"Günahı bir-birinin üzərinə atmaqdan əl çəksinlər. Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı var. Orada “Azərsu”, “Azəravtoyol”, Bakı Nəqliyyat Agentliyi... yol təsərrüfatı ilə bağlı bütün qurumların vəzifələri konkret göstərilib. Vətəndaşlar çox zaman bunun şahidi olur ki, yol qazılır, günlərlə o vəziyyətdə qalır, gediş-gəliş çətinləşir, tıxaclar yaranır, yolda yeyilmə gedir, yol təsərrüfatı dağılır. “Azərsu” bildirir ki, AAYDA ilə müqavilələri var, Agentlik qazılan yolu təmir etməlidir. Amma onların da ərazini dərhal təmir etmək imkanları yoxdur. “Azərsu”ya milyonlarla pul ayrılır. Mənim təklifim var: “Azərsu”nun nəzdində operativ təmir briqadası, xüsusi şöbəmi, ya idarə, adını nə qoyurlar, qoysunlar, cari təmir işlərini operativ, vaxt itirmədən həyata keçirəcək ayrıca qurum yaradılsın, özlərinin işçi briqadası olsun, su xətləri təmir edildikdən sonra yolun qazılmış hissəsini də özləri təmir etsinlər, bununla da iş bitsin. Niyə gözləməliyik ki, “Azəravtoyol” nə vaxt gəlib yolu təmir edəcək, yolda hərəkət normallaşacaq?! “Azərsu”nun özünün bu işləri görəcək xüsusi briqadası olsa, yolların mühafizəsi daha da asanlaşar və yaxşılaşar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə