Yumşalma oldu və yoluxma sayı artdı - Rəqəmlər yüksələ bilər !
Fidan Həmişəyeva
10:15 20.08.2020
Cəmiyyət
699
“..Proses nəzarət altındadır. Maskasız olsaq, inanın ki, rəqəmlər daha çox olacaq”
“Maska bizi 100 faiz qorumaz, amma 98 faiz qoruyur”
“Xahiş edirəm ki, 3-4 yaşına qədər uşaqlar xaric hər kəs maska taxsın. Maskadan istifadə vacib şərtdir”
Azərbaycanda son üç gündə gündəlik yoluxma sayı 100-ü ötərək yenidən 3 rəqəmliyə yüksəlib. Sərt karantin rejiminin yumşaldılması səbəbindən vətəndaşlarda yaranan arxayınlığın nəticəsi özünü çox gözlətmədi. İnsanların maskasız gəzintiləri, qaydalara əməl etməmələrinin sonu yoluxma sayının artması ilə nəticələnib. Səbəb isə məlumdur: bəzi insanların məsuliyyətsizliyi.
Virusdan qorunma yolları ilə bağlı hər gün mətbuatda, televiziya kanallarında, sosial şəbəkələrdə yetərincə maarifləndirici məlumatlara verilir, insanlara lazımi bilgilər aşılanır. Pandemiya başlayandan etibarən tövsiyələrinə ehtiyac duyduğumuz bir sıra həkimlərin bu bəladan qorunma yolları ilə bağlı fikirləri dərc olunub.
Vəziyyəti dəyərləndirən həkim-infeksionist Fərrux Sədirov “Sherg.az”a bildirib ki, artıq koronavirusa yoluxma haqqında geniş məlumata sahibik. Onun sözlərinə görə, virusdan qorunmaq üçün sosial məsafəni gözləmək və qoruyucu vasitələrdən istifadə etmək lazımdır:
“İnsanlar bəzən yanlış fikrə qapılaraq yalnız toplum içində maska taxırlar. Nədənsə qohum-əqrəbalarının evlərinə getdikləri və dost-tanışları ilə gördüşdükləri zaman bu barədə heç bir narahatlıqları olmur”.
İnfeksionist vurğulayıb ki, ölkəmizdə yoluxmaların əksəriyyəti ailədaxili, kiçik toplumlarda olan yoluxmalardır:
“Bir-birini tanımayan, təsadüf nəticəsində bir araya gələnlər arasında virusa çox yoluxma olmur. Virus hər yerdə var. Maska istifadəsi iki tərəfli olduğu zaman, yəni qarşı tərəfdəki insan da maska taxdıqda yoluxma ehtimalı həqiqətən də azalır. Amma maskasız olmaq həm özümüzü, həm də ətrafı xəstəliyə yoluxdurur”.
F.Sədirov qeyd edib ki, Türkiyə və Avropa ölkələrində bəzi yumşalmalara gedilir:
“Düzdür, yumşalmalar olsa da, yoluxma artır. Lakin proses nəzarət altındadır. Maskasız olsaq, inanın ki, rəqəmlər daha çox olacaq. Maska bizi 100 faiz qorumaz, amma 98 faiz qoruyur. Xahiş edirəm ki, 3-4 yaşına qədər uşaqlar xaric hər kəs maska taxsın. Maskadan istifadə vacib şərtdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm