“Yurdlarından didərgin düşmüş soydaşlarımızın şəraiti yaxşılaşdırılır”
Fidan Həmişəyeva
09:07 29.05.2020
Cəmiyyət
777
“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Sosial siyasətin əsas istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsidir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, ölkə başçısı 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində qarşıdakı dövr üçün prioritetləri açıqlayarkən bəyan etmişdi ki, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq:
“Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin miqyası genişliyi ilə diqqət çəkir. Müasir infrastrukturlara malik olan yeni qəsəbələr salındı, 2007-ci ildə ölkəmizdə sonuncu çadır şəhərciyi ləğv olundu. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən ümumilikdə 2004-2019-cu illərdə 75 Fərman və Sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərin kompakt məskunlaşdıqları yerlərdə, ictimai binalarda kommunal xidmətlərin təşkilinin yaxşılaşdırılması barədə Prezident Fərmanı da diqqətçəkəndir.
Cənab Prezident məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimində bildirdi ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət numunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər”.
V.Rəhimzadə bildirib ki, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritetdir:
“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Qobu Park -3" yaşayış kompleksinin açılışı da bu diqqət və qayğının tərkib hissəsidir. Yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2" yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mehriban xanım Əliyeva hər zaman qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə həssaslıqla yanaşır, onların məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərir.
Cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, aparılan islahatlar bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun”.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyeva Məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib. Ölkə başçısı Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqətin nümunəvi xarakter daşıdığını deyib. Prezident qeyd edib ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə həll olunur:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya