
Z nəsli 35 yaşın artıq “yaşlılıq həddi” olduğunu düşünür - SORĞU
12:35 16.07.2025
Cəmiyyət
306
Milenial nəslin 41 faizi isə 60 yaşa qədər hələ də “gənc” qalmağın mümkün olduğunu düşünür
Estetik əməliyyatlardan botoks inyeksiyalarına qədər bir çox insan gənc qalmaq üçün müxtəlif üsullara əl atır. Lakin aparılan yeni sorğuya görə, hansı proseduru etdirməyinizdən asılı olmayaraq, Z nəsli sizi 35 yaşdan etibarən “yaşlı” kimi qəbul edir.
Sherg.az xəbər verir ki, təhsil platforması EduBirdie tərəfindən keçirilən sorğuda 2000 nəfər Z nəsli və gənc Y nəsli (milenial) nümayəndəsinə “Yaşlılıq nə vaxt başlayır?” sualı verilib. Nəticələrə görə, Z nəslinin 22 faizi 35 yaşın artıq “yaşlılıq həddi” olduğunu düşünür.
Mileniallar üçün bu hədd bir qədər gecdir
Digər tərəfdən, milenialların 35 faizi gəncliyin 40 yaşda sona çatdığını hesab edir. Z nəslinin ən yaşlı nümayəndələri bu il 28 yaşına çatsa da, iştirakçıların 3 faizi artıq 27 yaşlı insanları belə “yaşlı” adlandırır. Bu isə Kylie Jenner, JungKook və Central Cee kimi məşhur gəncləri də əhatə edir.

30 yaş da "yaşlılıq" sayılır
İştirakçıların 6 faizi yaşlılığın 30 yaşda başladığını düşünür – bu yaş qrupuna Logan Paul, Megan Thee Stallion və Post Malone kimi məşhurlar daxildir. 13 faiz yaşlılığı 35 yaşdan başladığını bildirir. 26 faiz 40 yaşı, 21 faiz 50 yaşı, 31 faiz isə 60 yaş və yuxarısını "yaşlı" olaraq dəyərləndirir.
Buna qarşılıq olaraq, milenial nəslin 41 faizi 60 yaşa qədər hələ də “gənc” qalmağın mümkün olduğunu düşünür.
Cazibədarlıq hansı yaşda itirilir?
Sorğuda iştirakçılara həmçinin “İnsanlar hansı yaşda cazibədarlığını itirir?” sualı da verilib.
Milenialların 44 faizi və Z nəslinin 33 faizi yaşlanmağın avtomatik olaraq “cazibə itkisi” demək olmadığını bildirib. Onlar, cazibədarlığın yaşla deyil, davranışlarla bağlı olduğunu və gənc görünməyə çalışmanın, tez-tez partnyor dəyişmənin cazibəni azaldan vərdişlər olduğunu qeyd ediblər.
Elmi araşdırmalar nə deyir?
Bu sorğu qısa müddət əvvəl Berlin Humboldt Universitetində aparılan elmi tədqiqatdan sonra gündəmə gəlib. Həmin araşdırma insanların “yaşlılıq” anlayışını keçmişlə müqayisədə daha gec yaşda qəbul etdiklərini göstərmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya
İran genişmiqyaslı müharibəyə tam hazırdır - Politoloq
17:09 28.03.2026
Gündəm