Zahid Oruc: Qarabağda işləyən fəhlə, iş icraçısının hər biri qəhrəmandır
Yusif Nəzərli
23:09 22.04.2025
Cəmiyyət
422
Müqəddəs əməyi təmsil edirlər
“Hər birimiz qürurla bəyan edirik ki, Prezident İlham Əliyevin liderliyi ilə azad olunan torpaqlarda yeni Vətən quruculuğu həyata keçirilir. Əlbəttə, cəmi bir dəfə həmin bölgələrə səfər edən insan hansı ağır şərtlərdən keçərək 100 minlərlə vətəndaşımızın doğma yurdlarına dönüşünün təmin olunduğunu görə bilər".
Bunu millət vəkili Zahid Oruc deyib.
Deputat bildirib ki, ötən günlərdə Ağdamdan Xankəndiyə, daha sonra Şuşaya gedərkən on minlərlə insanın, minlərlə texnikanın hansı miqyasda işləri gördüyünü yaxından müşahidə etmək həqiqətən təsirli hadisəydi:
"Bizə görə orada işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Müqəddəs əməyi təmsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməlidirlər, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır. Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarına həqiqətən xüsusi təyinatlı bir ordu-silahsız tikinti briqadaları millətimizin gələcəyi üçün fədakar əməyini görürük. İnanırıq ki, müxtəlif dövlət təltifləri də Yeni Vətən quruculuğunda çalışan insanlarımıza veriləcəkdir. Çünki onlar 44 günlük müharibədə qəhrəmanlıq göstərən oğullarımızın müqəddəs işlərini davam etdirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə