“II dünya müharibəsindən sonra Stalin bütün yazıçılara, qələm adamlarına, mədəniyyət və incəsənət xadimlərinə, universitet və tədqiqat institutlarına-bir sözlə, ideoloji işə aid olan bütün qurumlara tapşırıq verirdi ki, faşizm üzərində qələbəni tərənnüm etsinlər. Biz 21-ci əsrin başqa olduğunu deyirik. İndi Yazıçılar Birliyi, universitetlər, institutlarımız, mədəniyyət və incəsənət ordumuz dövlət sifarişi almadan böyük əsərlərin yaradılmasını, qələbə simfoniyalarının bəstələnməsini, tarixi romanların, povestlərin yazılmasını, əzəmətli filmlərin çəkilməsini və işğal dövründə yazılmış dərsliklərimizin yenilənməsini də Prezident tapşırığı ilə dəyişdirməyi gözləyirsə, onda gəlin, təşəbbüs göstərək xüsusi Dövlət Komissiyası yaradılsın. Xatırladaq ki, Türkiyə 1453-cü ildən bu yana İstanbulun fəthini coşqu ilə qeyd edir, britaniyalılar 216 ildir onlara dəniz hökmranlığı gətirən Trafalqar zəfərini unutmağa qoymurlar. Çünki müharibədə qələbə qədər milləti böyüdən, formalaşdıran və ona ruh verən ikinci böyük hadisə yoxdur. Azərbaycan xalqı da müharibədən sonra yeni milli kimlik və yeni milli yüksəliş imkanı əldə edibdir”.
Zahid Oruc: ”Qələbəmizə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədlidir”