Zorlanan 15 yaşlı qızdan xəbər var: “Hazırda sığınacaqda...” – Film kimi olay !
Fidan Həmişəyeva
13:02 12.08.2020
Cəmiyyət
637
“Baş Prokurorluğun qərar isə operativ və ədalətli oldu”
“Əminəm ki, heç kim cəzasız qalmayacaq və cinayətkar laiqli cəzasını alacaq”
Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib.Təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət 1 il azadlıqdan məhrum edilib. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova məlumat verib.
O qeyd edib: “15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub.
Müəllimə dünən Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs bu uşağın gələcəyi necə olacaq?! O, özü heç nəyi anlamır, bəs bizdəmi başa düşmürük? Bizim qız övladlarımız yoxdurmu?! Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!".
Baş Prokurorluğun mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb:
“Bildiririk ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktını 2020-ci il iyunun 16-da Lerik rayon prokuroru təsdiq edərək işi baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərib.
Lerik rayon məhkəməsində işə baxılmasında iştirak edən dövlət ittihamçısı çıxışında Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində - 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif edib”.
Son durumla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri M.Zeynalova “Sherg.az”a açıqlama verib:
“Bizim işimiz problemi ictimailəşdirmək idi. Əsas qərarı isə səlahiyyətli orqanlar verir. Baş Prokurorluğun qərar isə operativ və ədalətli oldu. Əminəm ki, heç kim cəzasız qalmayacaq və laiqli cəzasını alacaq. Qərara görə təşəkkürümü bildirirəm”.
M .Zeynalova zərərçəkənin hazırda sığınacaqda olduğunu da diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi