DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Bu insanların maddi imkansız olmaları mümkündür. Amma oğurlamaq şərtmi? Yəni, həqiqətən bu insanlar gndəlik bir iş tapıb gündəlik qazanc əldə edə blməzlər?
Zülmətdən işığa, işıqdan zülmətə...
Məlahət Rzayeva
13:26 16.01.2021
Cəmiyyət
675
Keçmiş məhkumlar oğurluğa daha çox meyilli olurlar
Onların çoxunda narkotikdən asılılıq olduğuna görə hər vəchlə pul əldə etmək məcburiyyətində qalırlar
Keçmiş məhkumlar niyə təkrar cinayətə meyillənir? Mütəxəssilər bunu daha çox onların maddi ehtyacları ilə bağlayır. Hindistanın məşhur “Avara”sı yadınızdadı, yəqin. Balaca Rac yalvarır-yaxarır ki ona iş verin, zalım Caqa da “yox! Sən oğru olacaqsan! Oğurlayacaqsan!” bağırır. Həyatın dibi budur. Film də, elə filmdir. Görəsən bizdəki oğruları da kimsə məcbur edir, oğurlağamağa? Məsələn, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar ayının 6-dan 14-dək olan müddət ərzində şəhər ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Bu insanların maddi imkansız olmaları mümkündür. Amma oğurlamaq şərtmi? Yəni, həqiqətən bu insanlar gndəlik bir iş tapıb gündəlik qazanc əldə edə blməzlər?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev keçmiş məhkumların oğurluq etməsinin səbəblərindən biri kimi onların narkotik maddə asılılığı olmasını göstərdi:
- Əlbəttə, biz burada işszliyin yaratdığı maddi sıxıntını istisna etmirik. Bu, ən başlıca səbəbdir. Amma məhkumların bəzilərinin narkotik asılılığı olduğunu nəzərə alsaq, onlar bədənlərinin bu ehtyacını ödəmək üçün maddi vəsait əldə etməlidirlər. Qazancları olmadığından “asan” yolu seçirlər və oğurluq edir, oğurladıqları malların müqabilində pul alır və ehtiyacları üçün realizə edirlər. Dövlət keçmiş məhkumların işlə təmin edilməsi, onlara müavinətlərin ödənlməsi istiqamətində iş görür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq proqramları çərçivəsində fəliyyət göstərir və məhkumluqdan azad edilmiş şəxslərin işə cəlb olunmalarına çalışır. Keçmiş məhkumların işə cəlb edilməsi praktikası var və dəqiq statistik rəqəm hazırda əlimdə olmasa da, xeyli sayda keçmiş məhbusun işə cəlb edildiyini deyə bilərəm.
Məhkumluqdan azad edilmiş şəxslərə bildiyim qədər əmək haqqını 4 misli qədərində müavinət ödənilir. Qanunda belə müddəa var. Həmçinin məhkumluqdan azad edilən şəxslərə mövsümə görə geyim, ayaqqabı almaq üçün, yol xərci, ərzaq üçün pul ödənilir. Amma əlbəttə, bunlar o şəxslərin sonrakı həyatlarını keçindirmək üçün azlıq təşkil edir.
Onlar işlə təmin edilməlidir. Bu işdə düşünürəm ki, dövlət strukturlrı ilə yanaşı özəl sektor da çalışmalıdır. Vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət düşür. Vətəndaş cəmiyyəti institutları məhkumluqdan azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına yardımçı olmalıdır. Ancaq hazırda vətəndaş cəmiyyətinin maddi resurslara çıxışında problem var. Resurslar yetərli olmadığından lazımi işləri görə bilmirlər.
Deyək ki, məhkumluqdan azad edilmiş şəxslərin reabilitasiyası üçün peşəkarlar, psixoloqlar, hüquqşünaslar cəlb olunmalıdır, buna da vəsait lazımdır. Ona görə də işsiz qalan, həyatda özünə yer tapa bilməyən, məşğuliyyəti olmayan keçmiş məhkumlar bəzən təkrar cnayətlərə əl atır və yenidən məhkumluq həyatı yaşamalı olurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya