
"Qafqaz evi" ideyası gerçəkliyə çevrilir -AKTUAL
Yusif Nəzərli
15:10 19.04.2025
Cənubi Qafqaz
605
Azərbaycan və Gürcüstan Ermənistanı da yedəyinə alaraq bu prosesi uğurla davam etdirə bilər
Ötən gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi Cənubi Qafqazda yeni dönəmin başladığını göstərir. Görüşə Gürcüstan tərəfi ev sahibliyi və moderatorluq etsə də, görüşün əsas təşəbbüskarı Azərbaycan olub. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə ilk rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev vurğuladı ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilib. Lakin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm də Azərbaycan öz töhfəsini verir. Dövlət başçısı onu da qeyd etdi ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan rəhbəri Mixeil Kavelaşvili də öz növbəsində bölgədə dialoq və dayanıqlı sülh mühitinin bərqərar olunmasının Cənubi Qafqazın gələcək inkişafı üçün vacib olduğunu vurğuladı. Ancaq çox təəssüf ki, Ermənistanın yürütdüyü destruktiv və təcavüzkar siyasət üzündən son 33 ildə Cənubi Qafqaz birlik və həmrəylik bölgəsi kimi yox, potensial münaqişə ocağı kimi daim gündəmdə olub.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycan 44 günlük müharibədən sonra "3+3" formatında regional əməkdaşlıq modelini təklif edib. Ekspert bildirib ki, rəsmi Bakı "3+3" formatına paralel, üç Cənubi Qafqaz ölkəsinin dialoqu əsasında “Qafqaz evi”nin yaradılması ideyasını da gündəmə gətirir:

"Təbii ki, ilk növbədə Ermənistan özünün ənənəvi destruktiv siyasətindən əl çəksin. Ermənistanın dağıdıcı siyasəti olmasa, “Qafqaz evi”ni yaratmaq mümkündür. Bu mənada, ötən gün Tbilisidə baş tutan üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşünü “Qafqaz evi”nin yaradılması istiqamətində atılan ilk kövrək addım hesab etmək olar. Nəzərə almalıyıq ki, Cənubi Qafqaz mühüm strateji əhəmiyyət kəsb edən regiondur və üçtərəfli əməkdaşlıq son dərəcə zəruridir. Tbilisidə qapalı formatda keçirilən görüşün məqsədi regionun sabitliyi naminə üç ölkənin ümumi maraqlarını və fikirlərini bölüşmək, təklif və ideyaları birlikdə müzakirə etməkdir. Üçlü görüşdə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib ki, region ölkələri gələcəkdə bir sıra məsələlərə münasibətdə birgə yanaşmaları inkişaf etdirə bilsinlər".
Ə.Hüseynovun qənaətincə, üçtərəfli görüşlərin keçirilməsinin davamlı xarakter alması zəruridir:
"Üç ölkənin baxış və fikirlərini bölüşmək üçün növbəti görüşlərin keçirilməsi vacibdir. Əsas odur ki, "Qafqaz evi"nin ideyadan gerçəkliyə çevrilməsi üçün ilk addım atıldı. Azərbaycan və Gürcüstan Ermənistanı da yedəyinə alaraq bu prosesi uğurla davam etdirə bilər. Kənar müdaxilələri neytrallaşdırmaq da öz iradəmizdən asılıdır. Bölgənin strateji rolu və potensialı pozitiv düşünməyimizə əsas verir. Cənubi Qafqaz üçün yeni dönəm başlayır. Aparıcı ölkə missiyası isə Azərbaycanın üzərinə düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya