Gürcüstan liderindən Almaniyaya sərt etiraz: Özünüzü yığışdırın!

“Hamı çox yaxşı görür ki, Almaniya səfiri birbaşa siyasi fəaliyyətlə məşğuldur, bu, Vyana Konvensiyası və bütün standartların pozulmasıdır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş nazir İrakli Kobaxidze jurnalistlərə deyib.
Onun sözlərinə görə, səfir öz dövlətini təmsil etdiyi ölkədə özünü belə apara bilməz.
“Gəlin hadisələrin inkişafını gözləyək, qalan hər şey tamamilə aydındır, səfir öz dövlətini təmsil etdiyi ölkədə özünü belə apara bilməz”, - İrakli Kobaxidze vurğulayıb.
“Almaniya üçün Alternativ” (AfD) parlament qrupu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerlə bağlı Almaniya federal hökumətinə müraciət edib.