“Altılıq”ın növbəti görüşü harada olacaq: Bakı, ya İrəvanda?
Yusif Nəzərli
06:01 08.09.2025
Cənubi Qafqaz
329
Ermənistan Xarici İşlər Nazirliyində 3+3 formatında nazirlərin görüşünün dəqiq tarixləri və yeri barədə məlumat yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə nazirlikdən Ermənistan KİV-ə bildirilib.
“Ermənistan hələ 2024-cü ildə (İstanbulda) bəyan etdiyi kimi, 3+3 formatında növbəti nazirlər görüşünü keçirməyə hazırdır. Azərbaycan da analoji bəyanatla çıxış edib”, - qurumdan deyilib.
XİN qeyd edib ki, görüşün vaxtı və yerini müəyyən etmək üçün müzakirələr aparılmalıdır.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bundan əvvəl 3+3 formatında növbəti görüşün Bakı və ya İrəvanda baş tuta biləcəyini açıqlamışdı.
Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial