Analitik: ABŞ-Rusiya anlaşmasının Cənubi Qafqaza təsirləri aktualdır
Yusif Nəzərli
04:19 06.03.2025
Cənubi Qafqaz
424
Bakı və Ankara baş verən gərgin geosiyasi hadisələr fonunda saatlarını yoxlayırlar
"Naxçıvanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik olan İğdır-Naxçıvan Təbii Qaz Kəməri İran faktorunu neytrallaşdırmağa imkan verir".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, Naxçıvan Muxtar vilayətinin qazla təminatı Azərbaycan və İran arasında svop müqaviləsi ilə həyata keçirilib, lakin daim riskli olub:
"44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiv siyasətdə Naxçıvana çıxış və enerji təhlükəsizliyini rıçaqlardan biri kimi istifadə edirdi. Hətta 2021-ci ildə Tehranın muxtar vilayətin qazını kəsdiyinə dair qeyri-rəsmi məlumatlar yayılmışdı. İran ətrafında mümkün gərginlik xəttinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyi üçün riskli perspektivlər vəd edir. İğdır-Naxçıvan kəməri bu riskləri və İrandan asılılığı aradan qaldıracaq. Bakı Zəngəzur dəhlizini Naxçıvana çıxış və enerji təhlükəsizliyinin təmin edilməsindəki alternativ layihə kimi nəzərdə tutur. Hərçənd, layihənin nə zaman və hansı şərtlərlə gerçəkləşəcəyi proseslərin inkişafından asılı olacaq. İğdırdan kəmərin çəkilməsi real infrastruktur imkanlarından istifadə edilməklə yanaşı, alternativ xəttin yaradılmasına da hesablanıb. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu istiqamətdə də kəmərin çəkilməsi planlaşdırılır. Lakin bu baş tutsa belə, İğdır kəməri muxtar vilayətin təhlükəsizliyinin bir mənbədən asılı olmaması baxımından strateji əhəmiyyət daşıyır".
Analitik vurğulayıb ki, Bakı və Ankara baş verən gərgin geosiyasi hadisələr fonunda saatlarını yoxlayırlar:
"Donald Tramp Amerikasının, eləcə də ABŞ-Rusiya anlaşmasının yaradacağı geosiyasi dəyişikliklər və bunun Yaxın Şərq, Cənubi Qafqaz, Orta dəhliz coğrafiyasına təsirləri aktualdır. Dövlət başçısı İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın “saatların yoxlaması”na, baş verə biləcək hadisələrə hazırlıqlı olmasına ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm