
Analitik: ATƏT bölgədə fəallaşmaq istəyir
Yusif Nəzərli
21:49 24.04.2025
Cənubi Qafqaz
366
Amma Azərbaycana qarşı uzunmüddətli ədalətsiz sülh prosesi aparan bu təşkilat itirdiyi mövqeləri bərpa edə bilməyəcək
ATƏT-in baş katibi Firudin Sinirlioğlu Azərbaycana səfər edəcək. Səfər aprelin 25-nə planlaşdırılıb.Xatırladaq ki, bundan əvvəl ATƏT-in Baş katibi Ermənistan və Gürcüstanda səfərdə olub. Gürcüstanda səfərdə olan ATƏT Baş katibi Firudin Sinirlioğlu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Görüş zamanı ATƏT-lə əməkdaşlıq, regionda cari vəziyyət və Gürcüstanın üzləşdiyi çağırışlar müzakirə edilib. Tərəflər Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də diqqət yetirildiyini qeyd edib. Firudin Sinirlioğlu Ermənistana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Məlumata görə, səfərin gündəliyindəki əsas mövzulardan biri ATƏT-in Minsk qrupunun fəaliyyəti və onun tamamilə ləğv olunması məsələsi olub. Erməni tərəfi Sinirlioğlu ilə görüşdə guya sülh müqaviləsi ilə paralel olaraq Minsk qrupunun ləğvi üçün ortaq bəyanat təqdim etməyə hazır olduğunu bildirib.
Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında deyib ki, ATƏT rəsmisinin bölgəyə səfəri və siyasi liderlərlə görüş turu bu ilin fevralında Azərbaycan xarici işlər naziri ilə görüşlə başlayıb. Ekspert vurğulayıb ki, Azərbaycan XİN başçısı ilə cənab F.Sinirlioğlu arasında Münhen təhlükəsizlik konfransı zamanı baş tutan görüş zamanı bölgəmizin problemləri müzakirə olunmuşdu:

"O zaman Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması məsələsi ilə bağlı mövqeyi diplomatın nəzərinə çatdırılmışdı. Cənab F.Sinirlioğlunun hazırkı ziyarətlərində də məqsəd ATƏT-in bölgədə fəallaşmaq, başlanmış sülh prosesinə qatılmaq istəkləri ilə bağlı olduğu qənaətindəyəm. Amma görünən odur ki, başında bir türk diplomatının durmasına baxmayaraq, uzunmüddətli ədalətsiz sülh prosesi aparan bu təşkilat Azərbaycan tərəfdən itirdiyi mövqeləri bərpa edə bilməyəcək. Bu barədə Azərbaycan XİN öz mövqeyini dəfələrlə bildirib. Minsk qrupu adlı ATƏT lahiyəsinin ləğv edilməsini əsas şərt kimi irəli sürüb. Ona görə də bu təşkilatın bölgəmizdəki siyasi proseslərdə bundan sonra da önəmli rol oynayacağına inanmıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region