
Analitik: Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır
08:50 18.09.2025
Cənubi Qafqaz
548
Paşinyanın siyasəti isə kilsənin "obyektivliyini" bərpa etməyə yönəlib
Kilsənin siyasi oyunları ilə Paşinyanın addımları arasında açıq kontrast görünür
Ermənistan Baş naziri Nikol Paşinyanın kilsəni daxildən dağıtmaq qərarına gəlib.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Nikol Paşinyan kilsəyə və katolikos II Qareginə qarşı mübarizə taktikasını dəyişib. Açıq kampaniya ilə katolikosun istefasına nail ola bilməyən baş nazir kilsəni daxildən dağıtmaq qərarına gəlib. Məlumata görə, hökumət rəsmiləri arasında cihad başlayıb”, - məlumatda bildirilib.
Nəşr yazıb ki, hökumət kilsə daxilində II Qaregindən narazı olanları öz tərəfinə çəkərək, onlara müəyyən vədlər verib:
“Onlara deyilib ki, kilsə rəhbərliyindən taxtdan salına biləcək hər kəs üçün maddi dəstək veriləcək. Hökumət bununla daxildə maraqları qızışdırmağa çalışır.
Bundan əlavə, qanunsuz fəaliyyətlər barədə daxildən məlumat almağa çalışırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına katolikos əleyhinə materiallar toplamaq əmri verilib. Paşinyan II Qregini vəzifəsindən azad etmək fikrindən əl çəkməyib. Yaxın günlərdə Eçmiədzinin mərkəzi meydanında keçiriləcək izdihamlı tədbir bu prosesin kulminasiya nöqtəsi olacaq. Belə bir fikir var ki, hücum gələn il, seçkilər ərəfəsində həyata keçirilə bilər”.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ermənistan kilsəsi, başda katolikos II Qaregin olmaqla, uzun illər siyasi maraqlara xidmət edib və öz ruhani missiyasını unudub:

"Kilsə rəhbərliyi Paşinyanın seçki qarşısında sərt siyasətini manipulyasiya məqsədilə mənimsəməyə çalışır, daxili intriqalar və qruplaşmalar yaradır. Katolikos ətrafındakı loyal dairələr dövlət siyasətinə müdaxilə edərək kilsəni siyasi oyunların alətinə çevirib. Bu, dini institutun əsas missiyasını – xalqın mənəvi rəhbərliyini – kölgədə qoyur. Kilsənin siyasi maraqlara yönəlməsi xalq arasında parçalanma və narazılıq yaradır. II Qareginə sadiq qrupların hökumət rəsmilərini manipulyasiya etməyə çalışması kilsənin obyektivliyini itirməsinə səbəb olur. Belə vəziyyətdə Paşinyanın sərt mövqeyi əslində düzgün addımdır. O, kilsənin siyasi oyunlarını azaltmaq və dövlətin idarəetmə sferasını qorumaq məqsədilə daxildən təsir göstərir. Paşinyan hökumət rəsmilərini cəlb edərək kilsədəki qruplaşmaları balanslaşdırmağa çalışır. Bu, seçki ərəfəsində ölkədə stabilliyi təmin etmək üçün vacibdir. Kilsə əslində öz "nüfuzunu" qorumaq əvəzinə siyasi manipulyasiyalarla məşğul olurlar. Katolikos və ətrafındakı dairələr uzun müddət xalqın mənəvi etibarını sui-istifadə ediblər. Paşinyanın siyasəti isə kilsənin "obyektivliyini" bərpa etməyə yönəlir. Dini institutun müdaxiləsi nəticəsində yaranan qarışıqlıq, yalnız dövlətin diqqətli addımları ilə azaldıla bilər".
Analitikin fikrincə, kilsənin siyasi maraqlara bağlılığı uzunmüddətli stabilliyi təhlükəyə atır:
"Paşinyan isə bu boşluğu dolduraraq siyasi manevr edir. Kilsənin manipulyativ rolu davam etsəydi seçki öncəsi vəziyyət daha da gərgin olardı. Paşinyanın daxildən müdaxilə siyasəti maraqlıdır. Nəticədə, kilsənin siyasi oyunları ilə Paşinyanın addımları arasında açıq kontrast görünür. Dövlətin gücü və stabilliyi dini institutun manipulyativ fəaliyyətinə qarşı qorunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat