
Analitik: Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır
11:32 11.09.2025
Cənubi Qafqaz
302
Qarşıdakı seçki dövründə Paşinyan Kreml ilə müəyyən yumşaldıcı addımlar atacaq
Asif Nərimanlı: 102-ci baza məsələsi gündəmə gəlsə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlik addımlar ata bilər
“Ermənistan Rusiya hərbi bazasının öz ərazisindən (Gümrü şəhəri) çıxarılması imkanını nəzərdən keçirmir”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Hazırda bu məsələni müzakirə etmirik, belə söhbətlərimiz olmayıb”, - o, jurnalistin Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasına baxılıb-baxılmaması ilə bağlı sualına cavabında qeyd edib.
Spiker Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edəcəyini də açıqlayıb: “Baş nazir yaxın günlərdə Rusiyaya səfər edəcək, onun Prezident Putinlə görüşü planlaşdırılır”.
Qeyd edək ki, Ermənistan baş nazirinin sentyabrın 26-30-da Moskvaya səfər edəcəyi gözlənilir.
Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, 102-ci hərbi bazanın Ermənistandan çıxarılması Rusiya üçün əsas qırmızı xətdir:

"İndiyə qədər Moskva Paşinyan hakimiyyətinin Qərbə yönəlmiş siyasətinə tam olaraq müdaxilə edə bilmirdisə də, məhz bu bazanın çıxarılması Rusiyanın Cənubi Qafqazdakı mövcudluğuna birbaşa təhdiddir. Ona görə də Ermənistan hakimiyyəti anlayır ki, bu addım Moskvanın kəskin reaksiyasına səbəb ola bilər. Paşinyan hökumətinin məqsədi Rusiyanın hərbi və siyasi təsirini ölkədən çıxarmaq və tam şəkildə Qərbə inteqrasiya etməkdir. Lakin bunun reallaşması indiki şəraitdə çətindir. Ən önəmli məqam Ermənistanın Avropa bazarına birbaşa çıxışının olmamasıdır. Aİ-yə üzvlük üçün isə coğrafi bağlantı lazımdır. Bu isə yalnız Azərbaycanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və ardınca Türkiyə ilə sərhədlərin açılması ilə mümkündür. Hazırda Ermənistan hakimiyyəti daha ehtiyatlı davranır. Çünki 102-ci baza məsələsi gündəmə gəlsə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlik addımlar ata bilər. Bu, həm siyasi yolla, həm də daxili ixtişaşlar, təxribatlar və zorakı aksiyalar vasitəsilə mümkündür. Ermənistan tarixində bunun nümunələri olub. Paşinyan da bu riski yaxşı anlayır".
Analitik qeyd edib ki, Paşinyan hökuməti Qərblə əməkdaşlığı gücləndirsə də, Moskva ilə körpüləri tam yandırmamağa çalışır:
"Hətta Vaşinqtonda imzalanmış sənədlər və ABŞ-la əməkdaşlıq addımları fonunda belə, Rusiya ilə ritorikada balansı qorumağa cəhd edilir. Paşinyanın son dövrlər Putinlə görüşləri və Moskvaya səfərə hazırlaşması da bunu göstərir.
Ermənistanda Paşinyana qarşı üç əsas güc mərkəzi formalaşıb: Rusiyanın dəstəklədiyi daxili müxalifət, Erməni Apostol kilsəsi və Qərbdəki erməni diasporu. İlk baxışdan bu qüvvələrin birləşməsi real görünməsə də, Paşinyanı hakimiyyətdən devirmək məsələsində onlar ortaq mövqedən çıxış edə bilərlər. Çünki diaspor və kilsə daha çox “dünya erməniliyi” kontekstində hərəkət edir və bu zaman Qərb–Rusiya qarşıdurmasını kənara qoyurlar. Beləliklə, Ermənistan hakimiyyəti həm daxili müxalifəti və kilsənin təsirini zəiflətməyə, həm də Rusiya ilə münasibətləri tam qoparmadan Qərbə inteqrasiyanı davam etdirməyə çalışır. Qarşıdakı seçki dövründə Paşinyan Kreml ilə müəyyən yumşaldıcı addımlar atacaq. Münasibətlərdə nisbətən yeni mərhələ başlaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol