
Analitik: Rusiya artıq Ermənistanı ABŞ-yə uduzmaqdadır
Yusif Nəzərli
06:54 11.07.2025
Cənubi Qafqaz
332
Əgər Kreml Paşinyana qarşı bundan sonra hər hansı sərt addımlar atarsa, o zaman ruslar Gümrüdəki 102-ci bazadan çıxa bilərlər
Ermənistanda son günlərdə cərəyan edən hadisələr ölkədə siyasi böhranın yeni, daha dərin və mürəkkəb bir mərhələyə qədəm qoyduğunu göstərir. Baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq səsverməsinin gündəmə gətirilməsi, ictimai narazılığın artıq parlament müstəvisinə keçdiyini və siyasi sistemin əsas sütunlarını silkələdiyini nümayiş etdirir. Müxalif qüvvələrin Paşinyanın istefası üçün prosedura start verməyə hazır olduqlarını bəyan etməsi, ölkədə daxili siyasi qüvvələr balansının dəyişməkdə olduğunu göstərir. Hakim "Mülki Müqavilə" Partiyasının daxilində baş verən narazılıqlar və parçalanma ehtimalı isə mövcud iqtidarın dayaqlarını daha da zəiflədə bilər. Ermənistanın siyasi səhnəsinə sabiq Prezident Robert Köçəryanın mümkün baş nazir namizədi kimi qaytarılması ehtimalı isə bu mübarizənin təkcə parlament divarları ilə məhdudlaşmayacağını, cəmiyyətin daha geniş təbəqələrini əhatə edəcək qarşıdurmalara yol aça biləcəyini göstərir. Bütün bu proseslər fonunda Ermənistanı yaxın aylarda dərin siyasi sınaqların və mühüm dəyişikliklərin gözlədiyini demək mümkündür.
Siyasi şərhçi Sona Əliyeva Sherg.az-a açıqlamasında deyib ki, erməni deputat Hayk Mamicanyan hər zaman Kremlin ruporu kimi tanınıb:

“O, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının yenidən və həlledici formada gündəmə gəldiyi bir zamanda belə bir açıqlamanı çox güman ki, Moskva ilə razılaşdıraraq verib. Doğrudur, Nikol Paşinyanın komandasında da Rusiyameyilli şəxslər az deyil. Çox güman ki, Nikol Vovayeviç payız kampaniyasında onları partiyadan və fraksiyadan təmizləyəcək. Amma indiki halda Paşinyana qarşı etimadsızlıq səsverməsinin keçirilməsi mümkün deyil. Səbəbi sadədir, Paşinyan hakimiyyətinin təhlükəsizliyini indi Zəngəzur dəhlizinin açılmasını istəyən üçüncü dövlətlər, o cümlədən Qərb təmin edir. ABŞ bu işdə bütün moderatorluğu öz əlində cəmləyib. Rusiya artıq Ermənistanı ABŞ-yə uduzmaqdadır. Fikrimcə, əgər Kreml Paşinyana qarşı bundan sonra hər hansı sərt addımlar atarsa, o zaman ruslar Gümrüdəki 102-ci bazadan çıxa bilərlər. Həmin bazada isə Amerika hərbçilərinin yerləşdirilməsi mümkündür. "Keşiş-kilsə demarşı"ndan sonra Paşinyanın əli daha da güclüdür. Bu baxımdan, İrəvanda siyasi güc balansının dəyişməsi qeyri-mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual