Anna Akopyan ermənilərə qəzəbləndi: “Siz cahilsiniz”
Yusif Nəzərli
15:32 22.05.2025
Cənubi Qafqaz
339
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə onu təhqir edənlərə sərt reaksiya verib.
Sherg.az-a Teleqraf-a istinadən xəbər verir ki, baş nazirin xanımı onu təhqir edənləri qorxaq və cahil adlandırıb.
“Paylaşımlarıma verilən reaksiyalara baxıram və özümü çox pis hiss edirəm. Niyə qorxursunuz, nədən qorxursunuz? Artıq bir neçə ildir məni söyürsünüz. Məni “əxlaqsız, yırtıcı və mafiya üzvü”nə çevirmisiniz. Ailəmi, övladlarımı ləkələyirsiniz. Dilinizin sümüyü yoxdur, nə istəsəniz deyirsiniz, tərbiyəsizliyinizin hüdudu yoxdur.
Mən sizinlə sizin dilinizdə danışıram. Belə çıxır ki, siz başqa dil başa düşmürsünüz. Deyəsən, sizin başa düşə biləcəyiniz bir dilə keçməli olacağam.
Qorxmayın, heç nədən qorxmayın. Amma siz müharibədən də, sülhdən də, düşməndən də, dostdan da, deyilən-deyilməyən sözdən də qorxursunuz. Çünki siz cahilsiniz. Nə qədər az bilik varsa, dünyagörüşün dar və dünyanı qavrayışın daha məhdud olur, hər şey, hətta bir söz də qorxulu görünür”, – Akopyan bildirib.
Ermənistan baş nazirinin həyat yoldaşı erməniləri təhsil almağa çağırıb: “Siz təhsil almağa məcbur və borclusunuz. Beyninizi havalandırmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya