
Avropa İttifaqı missiyası Ermənistanda varlığını qoruyacaq -AÇIQLAMA
Yusif Nəzərli
03:12 03.09.2025
Cənubi Qafqaz
320
Paşinyan hökumətini təhdid edən qüvvələr və Rusiya kimi təhlükə hələ də qalmaqdadır
Avropa İttifaqı (Aİ) Ermənistanda mandatı əsasında "müşahidə" missiyasını davam etdirəcək. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib ki, hazırda hər hansı dəyişikliyə zərurət yoxdur. Onun sözlərinə görə, Ermənistan xalqı və hökuməti Aİ-nin Ermənistandakı missiyasını alqışlayır: "Missiya fəaliyyətini davam etdirir. Əgər hansısa dəyişiklik zərurəti yaranarsa, biz bunu üzv dövlətlərimiz və əlbəttə, Ermənistan hökuməti ilə müzakirə edəcəyik". Vaşinqtonda sazişin ilkin imzalanmasından sonra hər hansı müzakirənin olub-olmadığına dair suala cavabında isə Maraqos qeyd edib: "Xüsusilə vurğulamalıyam ki, Aİ-nin Ermənistandakı missiyası burada Ermənistan hökumətinin müraciəti ilə yerləşdirilib və ehtiyac olduğu müddətcə burada qalmağa davam edəcək. Bu, sülh və nizamlama alətidir. Biz də tam şəkildə bunu dəstəkləyirik". Xatırladaq ki, Vaşinqtonda paraflanmış sülh sazişində yer alan konkret müddəaya əsasən, tərəflər heç bir üçüncü tərəfin hərbi qüvvələrinin öz ərazilərində qarşı tərəfə təhdid yaratmasına yol verməyəcəklər. Ermənistan Baş naziri Nikol Paşinyan da bildirib ki, müqavilə hər iki ölkə sərhədində üçüncü ölkə personallarının yerləşdirilməsini əngəlləyəcək. Bu müddəa bilavasitə hazırda Ermənistan tərəfdə olan xarici qüvvələrə şamil edilir.
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, Vaşinqtondakı anlaşma Azərbaycan-Ermənistan sərhədində üçüncü qüvvənin olmaması ilə bağlıdır. Ekspert düşünür ki, bu müddəa birmənalı yerinə yetirilməlidir və yetiriləcək:

"Azərbaycan Prezidenti də vurğuladı ki, artıq Azərbaycan və Ermənistan arasında sülh mövcuddur. Ermənistan rəhbərliyi də bunu xüsusi qeyd edir. Nəzərə alaq ki, Vaşinqton görüşündən sonra şərti sərhədlərdə heç bir təxribata əl atılmayıb, güllə səsləri eşidilməyib. Amma ona qədər ara-sıra erməni tərəfindən təxribatlar edilirdi. Belə bir vəziyyətdə hansısa üçüncü qüvvənin, xüsusən Avropa İttifaqının "müşahidə" missiyasının "binokl diplomatiyası"na ehtiyac qalmır. Ancaq Aİ-nin "müşahidə" missiyasının Ermənistandan tamamilə çıxarılması yaxın perspektivdə həyata keçirilməyəcək. Çünki bu, Ermənistanın maraqlarını ifadə etmir".
N.Miri hesab edir ki, dünənədək bu qüvvələr Azərbaycan-Ermənistan sərhədini bəhanə gətirərək bütöv regionu nəzarətdə saxlayır və kəşfiyyat məlumatları toplayırdı:
"Ola bilsin, eyni missiyanı Azərbaycan-Ermənistan sərhədlərindən kənarda, Ermənistanın içərilərinə doğru çəkilərək həyata keçirə bilərlər. Yəni missiya Ermənistanda öz varlığını qoruyacaq. İndiki məqamda Aİ-yə məxsus qurumun Ermənistanda qalması İrəvan üçün sərfəlidir. Paşinyan hökumətini təhdid edən qüvvələr hələ qalmaqdadır. Rusiya kimi təhlükə mövcuddur. Ona görə də İrəvan hökuməti Qərb təsisatının Ermənistanda varlığını qorumasında maraqlıdır. Bu, Paşinyan hökumətinin öz təhlükəsizliyini qorumasına xidmət edir. Ümumən, sərhədlərdə olmayan Aİ missiyasından narahat olmağa dəyməz. Bakı Aİ missiyasının Ermənistandan çıxarılmasını tələb etmir. Sadəcə, sərhəddə üçüncü qüvvələrin olmaması ilə bağlı tələb var və bu da tərəflər arasında razılaşdırılıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı