Avropa Komissiyası: Gürcüstanla vizasız rejimin ləğvi mexanizmi işə salına bilər
13:22 08.09.2025
Cənubi Qafqaz
353
Avropa Komissiyası Gürcüstan hökumətinin addımlarını diqqətlə izləyir və lazım gələrsə, vizasız rejimin dayandırılması mexanizminin işə salınmasına dair qərar qəbul edə bilər.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ukraynanın “Avropa həqiqəti” («Европейская правда») nəşrinə bildirib.
Qeyd olunub ki, Brüseel hələ də Gürcüstan hakimiyyətinin Avropa Komissiyasının bütün tövsiyələrində yer almış məsələlərin həlli üzrə konkret addımlar atacağını gözləyir.
“Ötən həftə Gürcüstan hakimiyyəti müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarını dondurmaqla ölkədə demokratiyaya qarşı daha bir addım atıb. Avropa İttifaqı bu qərarı dərhal ləğv etməyi çağırır”, - nümayəndə söyləyib.
Qeyd edək ki, Gürcüstan Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsinə dair hesabatı avqustun 31-də təqdim edib. Komissiyanın Gürcüstanın cavabından narazı qaldığı bildirilir.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martından qüvvədədir. Rejimin dayandırılması prosesini Aİ-nin 27 üzv dövlətindən biri və ya Avropa Komissiyası başlaya bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi