
Azər Həsrət: Paşinyan sülh şüarı altında seçkilərə getsə, öz uğurunu təmin edə biləcək
11:37 20.08.2025
Cənubi Qafqaz
454
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı parlament seçkilərinə “Sülh” şüarı ilə gedəcək.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Nikol Paşinyan başda olmaqla, hakim “Vətəndaş Müqaviləsi” Partiyası uzun müddətdir seçkiqabağı şüar axtarır. Dünənki müraciəti ilə Paşinyan mahiyyət etibarı ilə seçkiqabağı təşviqat kampaniyasına start verdi və “sülh” sözünün işlədiləcəyi şüarını açıqladı. Paşinyan özünü və komandasını sülhməramlılar kimi təqdim etməyə çalışacaq”, - erməni nəşri bildirib.
Qəzet Ermənistan baş nazirindən belə bir sitat da gətirib:
“Hətta bizim şəhidlərimizi ehtiramla yad etmək, onları müqəddəs tutmaq, onların xatirəsini yaşatmaq üsulumuz damla-damla, millimetr-millimetr dəyişməlidir, sülh övladlarını itirmiş valideynlərə təsəlli verməlidir”.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti əslində Azərbaycan və qardaş Türkiyə ilə normal münasibətlərin tərəfdarıdır:

"Sadəcə olaraq, onlar uzun illər Sarkisyan və Köçəryan cütlüyünün girovu idilər. Hakimiyyətdə bir-birini əvəz edən bu iki şəxs erməni cəmiyyətini faktiki olaraq əsarətdə saxlayırdı. Bu prosesdə onlara birbaşa dəstək verən isə Rusiya idi. Beləliklə, erməni xalqı Rusiyanın və onun Ermənistandakı dayaqları olan Sarkisyan və Köçəryanın girovuna çevrilmiş, Azərbaycanla münaqişəyə və müharibəyə cəlb edilmişdi. Bu müharibə isə erməniləri çox yormuşdu. Qarabağ ermənilərin zəif çiyinlərinin daşıya biləcəyi yük deyil. Qarabağ yükü onların gücü üçün olduqca ağırdır. Əgər Ermənistan bundan azad olsa, inkişaf yoluna qədəm qoya bilər".
Analitikin fikrincə, Paşinyan da bu reallıqları anlayan bir baş nazirdir:
"Ona görə də Azərbaycan və Türkiyə ilə dil tapıb ortaq məxrəcə gəlməyə çalışır ki, ölkəsini və xalqını xilas etsin. O, sülh şüarı altında seçkilərə getsə, öz uğurunu təmin edə biləcək.
Ermənistan xalqı artıq yaxşı anlayır ki, bundan sonrakı mərhələdə Azərbaycan və Türkiyə ilə qarşıdurmaya tab gətirməyəcək. Sadəcə olaraq, Moskvadan idarə olunan kiçik bir revanşist qrup var. Onlar bundan sonra da sülhə qarşı çıxmağa çalışacaqlar. Lakin sevindirici məqam odur ki, bu revanşistlərin sayı olduqca azdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm