“Ümid edirəm ki, Avropa İttifaqı gürcü xalqını cəzalandırmaq məqsədi daşıyacaq qərar qəbul etməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazirin sözlərinə görə, vizasız gediş-gəlişi dayandırmaqla Gürcüstan ictimaiyyətini qorxutmaq üçün heç bir əsas yoxdur.
“Gürcüstanla bağlı viza rejimi qaydalarının dəyişdirilməsi müzakirə olunur, heç bir əsas olmadığı halda daim bu məsələ gündəmə gətirilir. Gürcü cəmiyyətini vizasız səfərlərin dayandırılması məsələsi ilə qorxutmaq doğru deyil. Bizə aydın olur ki, Brüssel bütün mexanizm və rıçaqlardan istifadə edir ki, ya gürcü cəmiyyətini şantaj etsin, ya da müəyyən cəza alətləri ilə gürcü cəmiyyətinə qarşı cəzalandırıcı tədbirlər görsün. Ümid edirəm ki, Brüsseldə gürcü cəmiyyəti və xalqını cəzalandırmağa yönəlik qərarlar qəbul olunmayacaq”, - Boçorışvili vurğulayıb.