“Dülmen”dən “Zar”a: ABŞ texnikası niyə Ermənistana gedir?
Yusif Nəzərli
13:32 17.03.2025
Cənubi Qafqaz
448
ABŞ Almaniyadakı “Dülmen” hərbi bazasında mövcud olan texnikanı Ermənistanda yerləşən poliqona köçürməyə hazırlaşır.
Bu barədə “Russia Today” portalının əldə etdiyi sənədlərdə bildirilir.
Nəql prosesi Gürcüstan vasitəsilə həyata keçiriləcək. Ekspertlər isə indidən bu prosesi ABŞ-nin Ermənistanın hərbi potensialını nəzarət altına alması kimi dəyərləndirilir.
Ermənistan ərazisinə gətiriləcək texnika buradakı “Zar” hərbi bazasında yerləşdiriləcək.
Prosesin iyulun 16-dan avqustun 7-dək həyata keçirilməsi nəzərdə tutulur. Texnikanın yenidən Almaniyaya geri qaytarılması isə 21 avqust – 20 sentyabr tarixləri arasında həyata keçiriləcək.
Tərəflər arasındakı müqavilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılmasını də nəzərdə tutur.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, ABŞ-ın Ermənistanda hərbi bazasının olmaması səbəbindən sözügedən hərbi texnika birbaşa Ermənistan ordusuna təhvil veriləcək:
"Bu isə regionda balansın dəyişməsi və potensial gərginliyin artması ilə bağlı müəyyən suallar doğurur. Təəssüflər olsun ki, destruktiv proseslərin baş verməsi üçün kifayət qədər münbit şərait mövcuddur. Geosiyasi vəziyyətin mürəkkəbliyi fonunda bu cür addımların hansı nəticələrə gətirib çıxaracağı isə hələlik qeyri-müəyyəndir. Məsələlərin hansı intensivliklə inkişaf edəcəyi və proseslərin nə kimi nəticələr doğuracağı barədə konkret fikir yürütmək çətindir. Bu kimi hadisələrin qiymətləndirilməsi üçün obyektiv və etibarlı mənbələrə əsaslanmaq vacibdir. Xüsusilə, "Russia Today" portalının əldə etdiyi sənədlərə əsasən yekun proqnozlar vermək doğru deyil, çünki bu məlumatların dəqiqliyi və obyektivliyi əlavə araşdırma tələb edir. Mövzu ilə bağlı informasiyanın müxtəlif mənbələrdən yoxlanılması və təsdiqlənməsi vacibdir ki, manipulyativ və ya qeyri-dəqiq xəbərlərin yayılmasının qarşısı alınsın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya