Erməni KİV: Paşinyan II Qaregini vəzifəsindən uzaqlaşdırmaqda qərarlıdır
Yusif Nəzərli
06:18 06.06.2025
Cənubi Qafqaz
477
Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaqda qərarlıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından bildirilib ki, Paşinyan II Qaregin könüllü getməyənə qədər təslim olmayacağını deyib. Baş nazir gündəlik olaraq sosial mediada kilsə xadimləri və II Qaregini hədəf alan paylaşımlara davam etmək qərarına gəlib. Paşinyan komanda yoldaşlarına söyləyib ki, bəzi din xadimləri ilə bağlı kompromatlar, hətta videolar var və onları dərc etməkdən çəkinməyəcək”, - erməni nəşri yazıb.
Mənbə qeyd edib ki, Nikol Paşinyan II Qareginin subaylıq andını pozması və övladının olması ilə bağlı tutarlı məlumatlar toplamaq üçün xüsusi xidmət orqanlarına tapşırıq verib.
Ətraflı
Ad - 00:12
Xatırladaq ki, Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.
Baş nazirin ötən həftə katolikosu subaylıq andını pozmaqda və onun övladının olmasında ittiham etməsindən sonra kilsə ilə hökumət arasındakı gərginlik açıq müstəviyə keçib. Ermənistan baş naziri bəyan edib ki, subaylıq andını pozduğu üzə çıxsa, II Qaregin vəzifəsindən ayrılmalı olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya