Ermənilər gec də olsa, başa düşür: Rusiya Cənubi Qafqazda sülhün əsas düşmənidir
Yusif Nəzərli
01:05 11.07.2025
Cənubi Qafqaz
541
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının ictimai multipleks və kabel şəbəkələrindən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib. "Respublika naminə" Partiyasının sədri Arman Babacanyan deyib ki, Ermənistan qanunvericiliyi bunu Rusiya telekanalları ilə bağlı da təmin etməyə imkan verir. O vurğulayıb ki, bu telekanallar Ermənistanı hibrid müharibənin tərkib hissəsi adlandıraraq təhqir edir. Onun sözlərinə görə, Rusiyanın siyasəti Ermənistanın dövlətçiliyini aradan qaldırmağa yönəlib. Partiyanın sədr müavini Ruben Mehrabyan isə “Sputnik Ermənistan”ın fəaliyyətini qadağan etməyə çağırıb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu telekanallar tərəfindən yayılan məzmun Ermənistanın təhlükəsizliyinə təhdid yaradır. Aksiya iştirakçıları əllərində “Rusiyanın düşmənçilik dilinə yox”, “Rusiya təbliğatına yox”, “Rus zəhərinə yox” yazıları olan plakatlar tutublar.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a deyib ki, ermənilər gec də olsa dərk etməyə başlayırlar ki, Rusiya Cənubi Qafqazda sülhün və tərəqqinin qarşısını alan bir nömrəli toksik ölkədir:
"Lakin bununla yanaşı, Rusiyanın təlimatı üzrə fəaliyyət göstərən radikal erməni müxalifəti isə kilsə ilə birləşərək Paşinyan iqtidarına qarşı mübarizəni davam etdirir. Və bu mübarizədə Rusiya mediası da Paşinyanın əleyhdarlarına ciddi dəstək verir. Ümid edək ki, Paşinyan özündə güc tapıb Rusiya mətbuatının Cənubi Qafqazdan qovulması üçün kəsərli addımlar atmağı bacaracaq. Putin isə elə bu köhnə televizorlar kimi günün birində tarixin tozlu arxivinə köçəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual