Rusiya və Qazaxıstandan Ermənistana göndərilən buğda ekspertizadan keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, bitki-sanitariya sınaqları çərçivəsində aparılan entomoloji, fitopatoloji və alaq otları üzrə tədqiqatların nəticəsində zərərverici elementlər aşkar edilməyib:
“Təhlükəsizlik göstəriciləri üzrə aparılan tədqiqatlarda zəhərli elementlər (ağır metallar), pestisidlər, mikotoksinlər və radioaktivlik səviyyəsi araşdırılıb. Nəticələrdə yol verilən həddlərdən kənara çıxma halları müəyyən edilməyib. Keyfiyyət göstəriciləri üzrə laborator tədqiqatlar hələ davam edir, nəticələr hazır olduqdan sonra açıqlanacaq”.
Xatırladaq ki, Qazaxıstan və Rusiyadan göndərilən buğda dəmir yolu xətti ilə Azərbaycan vasitəsilə çatdırılıb.