Ermənistan ordusunda dəyişiklik edildi

“Sıravi kadrlar üçün 24 aylıq məcburi hərbi xidmət 18 aylıq xidmətlə əvəz ediləcək, dəyişiklik 2026-cı il yanvarın 1-dən sonra məcburi hərbi xidmətə çağırılacaq vətəndaşlara tətbiq olunacaq”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan məlumat verib.

“2025-ci ilin qış çağırışı çərçivəsində Silahlı Qüvvələrin komplektləşdirilməsi 2026-cı il yanvarın 7-dən başlayacaq, nəticədə 2025-ci ilin qış çağırışından məcburi hərbi xidmətə çağırılmış vətəndaşlar 18 aylıq müddət ilə xidmət edəcəklər”, - o bildirib.

S.Papikyan əlavə edib ki, hərbi xidmətin müddətinin azaldılması Silahlı Qüvvələrin sayının azaldılması demək deyil.

Həmçinin, müdafiə nazirinin iclasında çıxış etdiyi Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi Ermənistan hökumətinin icbari hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı təqdim etdiyi qanun layihəsini təsdiqləyib.