
Ermənistan prosesi yoxuşa aparmaqla sülhdən yayınır - RƏY
Yusif Nəzərli
13:54 22.03.2025
Cənubi Qafqaz
500
Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qrupun həmsədrləri Rusiya, ABŞ və Fransa ilə müzakirələrə başlamaq niyyətindədir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib: "Biz müzakirə oluna bilən və müzakirəyə çıxarılmayan məsələlərin olduğunu danışmışdıq. Müzakirə edilə bilən məsələlərdən biri ATƏT-in Minsk qrupunun buraxılması məsələsidir. Bir daha təkrar edirəm: ATƏT-in Minsk qrupunun buraxılması məsələsi müzakirə oluna bilər və biz yaxın zamanda bu məsələ ilə bağlı müzakirələrin başlanması təşəbbüsü ilə çıxış etməyi planlaşdırırıq".
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a söyləyib ki, keçmiş ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil və heç bir funksionallığı yoxdur:

“Münaqişədən əvvəlki dövrdə belə onun funksionallığı tamamilə bitmişdi. Sadəcə olaraq nəticəsiz səfərlər, görüşlər və populist bəyanatları ilə yadda qalmışdı. Keçmiş Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupunun hazırda mövcudluğuna artıq heç bir zərurət qalmayıb. Çünki münaqişə öz həllini tapıb və Azərbaycan qalib tərəf olaraq işğala son qoyulduğunu bildirir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Münaqişə geridə qalıbsa, onunla bağlı bütün məsələlər arxada qalmalıdır. Belə olan halda keçmiş Qarabağ savaşının simvoluna çevrilən ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır. Amma Ermənistan hələ də prosesi uzatmağa çalışır və bununla bağlı danışıqlara gəlmir. Fransa ATƏT-in Minsk qrupunun buraxılmasından yana olmayacaq. Fransanı Cənubi Qafqazla bağlayan ATƏT-in Minsk qrupudur. ATƏT-in Minsk qrupunun Fransa, Amerika və Rusiya ilə müzakirəsi zamanı onların mövqeyi bəlli oldu. Ermənistan xatırlayırsa, Rusiyanın ATƏT-in Minsk qrupunun nümayəndəsi və xarici işlər naziri təşkilatın faktiki olaraq mövcud olmadığını və tarixə qovuşduğunu bildirmişdi. Amerikadan olan nümayəndə də müəyyən fikirlər söyləmişdi. Fransa isə heç bir mövqe sərgiləmədi. Ermənistan ona görə müzakirələri istəyir ki, danışıqlar zamanı Fransa əks-mövqe ortaya qoyacaq. Yəni əsas məqsəd ATƏT-in Minsk qrupunun buraxılmamasına nail olmaqdır. Halbuki Ermənistan tərəfinin bu mövqeyi ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması üçün yetərlidir. Azərbaycan bununla bağlı öz mövqeyini bildirib və Ermənistan ağlını başına yığaraq bizimlə eyni yola gəlməlidir. Ermənistan isə prosesi yoxuşa aparmaqla sülhdən yayınmağa cəhd göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya