Ermənistan və Fransa strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq
09:02 17.09.2025
Cənubi Qafqaz
288
Sentyabrın 16-da Parisdə Ermənistan və Fransa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Vaan Kostanyan və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin rəhbəri Bris Rokfey siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında iqtisadiyyat, infrastruktur, müdafiə və mədəniyyət sahəsində əməkdaşlıq proqramlarını, onların gələcək inkişaf və genişlənmə perspektivlərini, habelə beynəlxalq təşkilatlarda və digər çoxtərəfli platformalarda mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlər üzrə yanaşmaların yaxınlaşması üçün davamlı qarşılıqlı dəstəyin və əlavə səylərin lazım olduğu vurğulanıb.
Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə toxunulub.
Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq haqqında sənəd və onun imzalanma müddəti barədə ətraflı müzakirələr aparılıb.
Ən aktual regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması çərçivəsində əldə edilmiş razılaşmalara, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə toxunulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou
Ölüm xəbərdarlığının fiziki və psixoloji əlamətləri
03:50 03.08.2026
Sağlamlıq
NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır
03:13 03.08.2026
Cəmiyyət
İran və Səudiyyə rəsmiləri regionu müzakirə etdi
02:32 03.08.2026
Gündəm