Ermənistanda hərbi xidmət müddəti azaldılıb

Ermənistan parlamenti respublikanın silahlı qüvvələrində məcburi hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə (18 ay) endirilməsini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sənədin qəbulunu 65 deputat dəstəkləyib, 4 deputat əleyhinə səs verib, 20 nəfər isə bitərəf qalıb.

Dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.