Ermənistandan Konstitusiya dəyişikliyi ilə bağlı rəsmi açıqlama

Ermənistanın yeni Konstitusiyanın mətni 2026-cı ilin martına qədər hazır olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.

“Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi bir daha xatırlatmaq istəyirəm, bu, mətnin hazırlanmasına və onun müddətinə aiddir. Xüsusilə, öhdəlik Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olmasını nəzərdə tutur”, - nazir bildirib.