
Fransa İrəvan vasitəsilə Cənubi Qafqazı anti-Türkiyə portfelinə əlavə etmək niyyətindədir -Analitik
Yusif Nəzərli
12:46 21.02.2025
Cənubi Qafqaz
691
"Bir Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvünün (Fransa) Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistana siyasi, hərbi dəstək verməsi, qabaqcıl texnologiya satması Cənubi Qafqazda təsir dairələrini artırmaq istəyən qüvvələrin İrəvan barədə maraqlarının toqquşduğunu deməyə əsas verir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov söyləyib.
O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi keçmiş münaqişə dövründə Fransanın Ermənistana isti yanaşması hər kəsə məlumdur:

"O dövrdə siyasi dəstəklə Azərbaycan torpaqlarının işğalda qalması üçün keçmiş münaqişəni dondurmaq təşəbbüsləri Vətən müharibəsindən sonra Parisin ölkəmizə qarşı anti-Azərbaycan ritorikası ilə əvəzləndi. Bu qərəzli münasibət isə Emmanuel Makron administrasiyasının bərbad siyasəti nəticəsində ən yüksək formada özünü büruzə verdi. Cənubi Qafqazdakı yeni reallıqları özünün uzunmüddətli geosiyasi planlarına zidd hesab edən Paris regionda sabitliyi pozmaq, Ermənistanın müdafiə infrastrukturunu gücləndirməklə qüvvələr balansını bərabərləşdirmək üçün Avropa İttifaqı və Cozef Bayden hökuməti vasitəsilə İrəvana hərbi və mailiyə yardımlarını artırdı. Rusiya-Ukrayna müharibəsindən sonra isə Moskvanın bütün diqqətini savaşa ayırması Qərbin İrəvan üzərindəki təsirlərini daha çox artırdı. Kollektiv Qərb də anlayırdı ki, indiki halda Ermənistanın hərbi potensialı Azərbaycanla savaşacaq gücə malik deyil. Bu məqsədlə Ermənistana hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər, artilleriya vasitələri, müasir texnoloji cihazlarını satmaq üçün anlaşmalar edildi".
Ekspert Fransanın onunla sərhəddə yerləşməyən, karbohidrogen ehtiyatları ilə zəngin olmayan Ermənistana yardımının məqsədindən bəhs edib:
"Burada əsas məsələ Fransanın əsrlərdir Türkiyə və Böyük Britaniya ilə davam edən diplomatik münaqişələri və rəqabətli münasibətidir. Bu tarixi geosiyasi rəqabəti onun Cənubi Qafqazdakı hərəkətlərinin əsasını təşkil edir.
Rəsmi Parisin Ermənistanda öz nüfuzunu gücləndirməyə çalışmasının digər bir səbəbi də Böyük Britaniyanın Cənubi Qafqazdakı güclü iqtisadi və siyasi təsirinin imperialist maraqlarına zidd hesab etməsidir. Rəsmi İrəvan isə Fransanın niyyətlərinin həqiqi narahatlıqlardan irəli gəldiyinə özünü inandırmaq istəyir.
Bundan əlavə, digər bir məqam isə 19-cu əsr boyu Osmanlının zəifləməsindən sonra Fransa Şimali Afrikada müstəmləkəçiliyini artmağa başladı. Son illərdə isə Türkiyə bir zamanlar Osmanlı İmperiyasının bir hissəsi olmuş bölgələrdə öz təsirini bərpa etməyə çalışdığı üçün geosiyasi mənzərə dəyişməkdədir. Ona görə də Şimali Afrikada və Şərqi Aralıq dənizində fransız və türk maraqları arasındakı ziddiyyətin tarixi əsasları üzərində həkk edilmiş yeni iqtisadi element yeni rəqabət mühiti yaradır. Bu baxımdan da Fransa İrəvan vasitəsilə Cənubi Qafqazı anti-Türkiyə portfelinə əlavə etmək üçün yeni bir təzyiq rıçaqları ilə mövqeyini gücləndirmək niyyətindədir.
Ermənistanın silahlandırılması nüfuzlu erməni diasporunun siyasi və maliyyə dəstəyindən istifadə etmək məqsədindən əlavə, Fransa diplomatik rəqibləri olan Türkiyə və İngiltərə ilə rəqabət aparır və bununla Cənubi Qafqazdakı sabitliyə ciddi təhdid yaradır".
Elmir Səftərovun sözlərinə görə, Fransa Ermənistana himayədar olmaqla, Ermənistan-Azərbaycan normallaşmasının qarşısını almaqla regionda münaqişə ocaqlarını saxlamaqda qərarlıdır:
"Fransanın dünya siyasətindəki rollarından biri də qarşılıqlı əməkdaşlığa can atan digər ölkələrin əməkdaşlığına maneələr yaratmaqdan ibarətdir. Fransa Azərbaycan və Ermənistan arasında olan kövrək əlaqələrdən istifadə edərək, köhnə əlaltılarından olan ermənilərə yaxınlaşıb onu sabitlikdən uzaqlaşdırmaq siyasətini davam etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya