“Ermənistan Azərbaycanla sülh sazişini bağlamaq üçün özündə cəsarət tapıb”.
Teleqraf xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.
Diplomat bildirib ki, ötən otuz il ərzində Fransa həmişə Ermənistanın yanında olub:
“Fransa Prezidentinin (Emmanuel Makron) söylədiyi kimi, Ermənistana dəstəyimiz qeydsiz-şərtsiz, tam və sarsılmazdır. Bunlar onun sözləridir və bizim üçün istiqamətvericidir. Səfirlik komandası hər gün bunun üçün çalışır”.