
"Gürcü Arzusu"nu İvanaşvili idarə edir: Qaribaşvilinin rəhbərlikdən getməsi heç nəyi dəyişməyəcək -RƏY
08:11 28.04.2025
Cənubi Qafqaz
349
Gürcüstan son illər Cənubi Qafqazın ən çox müzakirə olunan ölkələrindən birinə çevrilib. Regionda baş verən siyasi hadisələr xüsusilə seçkilər ərəfəsində baş verən dəyişikliklər həm yerli, həm də beynəlxalq səviyyədə diqqətlə izlənilir. Gürcüstanın daxili siyasətinə xarici aktorların təsiri, siyasi liderlərin tez-tez dəyişməsi və vətəndaşların siyasi proseslərə münasibəti bu ölkəni daha yaxından izləməyə əsas verir. Bütün bu faktorlar Gürcüstanın siyasi sisteminin necə işlədiyini anlamaq üçün mühüm rol oynayır. Bu baxımdan partiyaların daxili strukturları və real güc mərkəzləri məsələsi də ayrıca maraq doğurur.
Gürcüstanın sabiq Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili partiya sədri vəzifəsini tərk etməsi isə hakimiyyət dəyişikliyinin tez-tez dəyişdiyini bir daha təsdiqləyir.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında partiya rəhbərliyinin xüsusi önəm daşımadığını söyləyib:

"Gürcüstanda partiya rəhbərliyi və vəzifəsi, xüsusilə də "Gürcü Arzusu" partiyasının sədri postu, xüsusi əhəmiyyət daşıyan mövqe sayılmır. Bu vəzifə formal xarakter daşıyır və hökumətin formalaşdırılmasında həlledici rolu yoxdur. Çünki faktiki olaraq hər kəsə məlumdur ki, bu partiyanı əslində Bidzina İvanişvili idarə edir. Məhz bu səbəbdən, İrakli Qaribaşvilinin partiyadan ayrılması və ya sədr postundan getməsi ölkədə ciddi siyasi çaxnaşma yaratmayacaq.
Buna görə də Gürcüstanda bu tipli dəyişikliklərin tez-tez baş verməsi təəccüblü deyil. Hətta baş nazirlər və prezidentlər belə İvanişvilinin iradəsi ilə dəyişdirilib. Biz bunu ən son Salome Zurabişvilinin vəziyyətində, eləcə də tez-tez baş nazir dəyişikliklərində müşahidə etmişik".
Ekspert bu prosesdə İvanişviliyə və onun partiyasına yeni siyasi müttəfiqlərin lazım olduğunu və onun bu müttəfiqləri müxtəlif yollarla əldə etməyə çalışdığını bildirib:
"Bütün hallarda bu günə kimi partiya üzərində nəzarət tam şəkildə İvanişvilinin əlində qalıb və o, bu nəzarəti indiyədək itirməyib. Qaribaşvili partiyanın önəmli fiqurlarından biri sayılsa da, bu cür vəzifə dəyişiklikləri hələlik onun mövqeyinə ciddi zərbə vurmayıb. Oxşar vəziyyəti müxalifət cəbhəsində də görmək mümkündür. Məsələn, Mixeil Saakaşvilinin təyin etdiyi partiya sədrləri dəfələrlə ona qarşı çıxıb, mövqe dəyişib, lakin nəticədə seçicilərin əsas hissəsi yenə də mərkəzi partiyaya sadiq qalıb".
Müsahibimiz sonda digər partiyaların uğurlarının hər zaman qısa müddətli olduğunu, onların daima parçalanma və qeyri-sabitliklə qarşılaşdıqlarını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region