Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvilini qətimkan tədbiri olaraq həbs cəzasına məhkum edib.
Publika.az xəbər verir ki, bununla bağlı qərar dekabrın 24-də axşam saatlarında elan edilib. İş üzrə məhkəməyəqədərki iclas 16 fevral saat 12:00-a təyin edilib.
Qeyd edək ki, məhkəmə iclası ittiham tərəfinin vəsatəti ilə qapalı keçirilib. Təqsirləndirilən şəxs Qriqol Liluaşvili məhkəmədə iştirak etməyib.
Qriqol Liluaşvili dekabrın 23-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutan maddələri ilə təqsirli bilinir.