Gürcüstan Türkiyədən vasitəçilik xahiş etdi
Yusif Nəzərli
06:36 18.06.2025
Cənubi Qafqaz
381
Gürcüstan Türkiyə tərəfindən Suriyanın yeni hökumətinin Abxaziya və Tsxinvali bölgələrinin “müstəqilliyinin” tanınması ilə bağlı qərarın geri götürülməsi üçün vasitəçilik etməyi xahiş edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Ankarada jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Türkiyədə keçirilmiş görüşlərdə Gürcüstanın işğal altında olan ərazilərində vəziyyət də müzakirə olunub.
“Gürcüstanın Suriya ilə diplomatik əlaqələri yoxdur, çünki Əsəd rejimi Abxaziya və Tsxinvali bölgələrinin “müstəqilliyi”ni tanımışdı. Biz Suriya hakimiyyətinin bu tanınmanın geri çağırılması üçün Türkiyə tərəfindən vasitəçilik xahiş etdik. Bu qərardan sonra biz Suriya ilə diplomatik əlaqələrin bərpasına hazır olacağıq”, - N.Samxaradze söyləyib.
Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsi nəticəsində Rusiya Gürcüstanın iki bölgəsini - Abxaziya və Cənubi Osetiyanı işğal edib. Suriya bölgələrin “müstəqilliyini” 2018-ci ilin mayında tanıyıb. Dəməşqin bu qərarından sonra Gürcüstan Suriya ilə 1994-cü ildə qurulmuş diplomatik əlaqələri dayandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region