Gürcüstandan sərt mesaj: Sizi bircə sözümüzlə darmadağın edərik

“Həqiqətə hörmət və tənqidə açıq olmadan heç bir Avropa mövcud ola bilməz”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spiker Avropa İttifaqını Gürcüstanla dialoqdan yayınmaqda ittiham edib:

“Təəccüblü deyil ki, Brüssel dialoqdan qaçır, həm də elə o məsələlərdən ki, ən çox onlardan danışırlar. Səbəb sadədir: mövqelərinin yalan narrativlər və dezinformasiyaya əsaslandığını yaxşı bilirlər. Anlayırlar ki, ilk arqumentli söhbətdə bu saxta konstruksiya bircə doğru sözün toxunuşu ilə dağılacaq. Həqiqətə hörmət və tənqidə açıq olmadan heç bir Avropa mövcud ola bilməz”.

Gürcüstan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan edib ki, noyabrın 21-də Brüsseldə keçirilməsi planlaşdırılan insan haqlarına dair Gürcüstan-Aİ dialoqu iclası Brüssel tərəfindən təxirə salınıb. Nazirliyə görə, tədbirin təxirə salınması Brüsselin Gürcüstan tərəfinin mövqelərini dinləməyə hazır olmadığını göstərir.