Gürcüstanın xarici işlər naziri ATƏT-in Baş katibi ilə görüşüb

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan və ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin regiondakı mövcud vəziyyəti, təhlükəsizlik çağırışlarını nəzərdən keçirib, sülhün və davamlı sabitliyin əldə olunması və regionun gələcək inkişafı üçün beynəlxalq hüququn prinsiplərinin qorunmasının vacibliyini vurğulayıblar.

Söhbət zamanı, həmçinin oktyabrın 4-də Gürcüstanda keçirilməsi nəzərdə tutulan yerli özünüidarəetmə seçkilərini də müzakirə ediblər.

Görüşdə Gürcüstanın işğal olunmuş rayonlarında mövcud vəziyyət müzakirə olunub. Münaqişənin sülh yolu ilə həllinə dair dövlət siyasətinin dəstəkləndiyi bir daha təsdiqləndi.

Maka Boçorişvili Baş katibə ATƏT-in gündəliyi çərçivəsində Gürcüstan məsələsini dəstəklədiyinə görə təşəkkür edib.