
İlyas Hüseynov: “4 oktyabr seçkiləri ölkənin siyasi gələcəyini müəyyən edəcək”
08:37 10.09.2025
Cənubi Qafqaz
436
“Hakimiyyət seçkilərə inzibati resurslarla hazırlaşır, müxalifət aksiyalarla mövqeyini gücləndirir”
Gürcüstanda 2025-ci ilin oktyabrında keçiriləcək yerli özünüidarəetmə seçkiləri ətrafında siyasi ritorika getdikcə sərtləşir. Müxalifət düşərgəsindən gələn “dövlətin dinc yolla devrilməsi” çağırışları hakimiyyətin sərt reaksiyası ilə qarşılanıb.
“Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze oktyabrın 4-nü - yerli hakimiyyət orqanlarına seçkilər gününü “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət Burçuladzenin ideyasını dəstəkləsə də, tarix haqqında danışmağın yersiz olduğunu bəyan edib.
Baş nazir İrakli Kobaxidze bəyan edib ki, heç kimə dövləti hansısa üsulla devirməyə imkan verilməyəcək və hökumət bu istiqamətdə verdiyi vədlərə sadiq qalacaq. Onun sözlərinə görə, radikal müxalifətin inqilabçı ritorikası cəmiyyətin siyasi gündəliyinə neqativ təsir göstərir və xarici qüvvələrin maraqları ilə üst-üstə düşür: “Bu cür açıqlamalar radikal müxalifətin simasını göstərir. Bütün bu illər ərzində onlar davamlı olaraq hökuməti devirməkdən, inqilabdan danışırlar. Onların uğur qazanmaması isə onların sifətindən, ruhundan və münasibətindən xəbər verir. Xarici agentlər belə hərəkət edirlər”.
Beləliklə, seçkilərə bir ay qalmış Gürcüstan siyasi səhnəsində qarşıdurmanın kəskinləşməsi, tərəflərin ritorikasının sərtləşməsi və “devrilmə–sabitlik” müstəvisində cəmiyyətə verilən mesajlar analitik baxımdan diqqət çəkir.
Qeyd edək ki, 2025-ci il oktyabrın 4-də Gürcüstanın 64 şəhər və rayonunda eyni vaxtda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Seçkilərdə 14 partiya iştirak edəcək.
Politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, Gürcüstanda 2025-ci ilin oktyabrında keçiriləcək yerli özünüidarəetmə seçkiləri ölkənin siyasi həyatında ciddi sınaq mərhələsinə çevriləcək. Onun fikrincə, müşahidə edilən ritorikanın sərtləşməsi, müxalifət və hakimiyyət arasında qarşıdurma ritorikasının güclənməsi, həmçinin xarici aktorların maraqlarının toqquşması fonunda gərginliyin artması qaçılmaz görünür:

"Uzun müddətdir Gürcüstan cəmiyyətinin siyasi qütbləşmənin təsiri altında olduğunu vurğulayan politoloq qeyd edib ki, müxalifət düşərgəsi hakimiyyətin siyasətindən narazı geniş sosial bazaya sahibdir: “Son illərdə Tbilisidə və regionlarda keçirilən kütləvi nümayişlər, aksiyalar ictimai narazılığın açıq göstəricisi kimi qiymətləndirilə bilər. Eyni zamanda, hakimiyyətin müxtəlif strukturlarına və yüksək vəzifəli şəxslərə qarşı genişmiqyaslı təbliğat kampaniyalarının aparılması siyasi mübarizəni daha da kəskinləşdirir.
Bu proseslərdə isə geosiyasi mərkəzlərin də maraqlarının olduğu aydın görünür. Gürcüstan regionda mühüm strateji əhəmiyyətə malik dövlətdir. Burada istər Qərb dairələrinin, istərsə də Rusiyanın maraqları toqquşur. Belə bir şəraitdə daxili siyasi mübarizənin geosiyasi rəqabətlə üst-üstə düşməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Hakimiyyətin tənqid edilməsi və legitimliyinin şübhə altına alınması bəzi xarici güclərin maraqlarına cavab verir”.
İlyas Hüseynovun sözlərinə görə, bütün təzyiqlərə baxmayaraq, Gürcüstanda hakimiyyət dəyişikliyinin yeganə legitim yolu seçki yolu ilə mümkündür:
“Hakim komanda da seçkilərdə qələbə qazanmaq üçün inzibati resurslarını, təbliğat imkanlarını maksimum səfərbər edir. Müxalifət isə kütləvi aksiyalar və radikal ritorika ilə mövqelərini möhkəmləndirməyə çalışır. Hesab edirəm ki, 4 oktyabr seçkiləri ciddi gərginlik və siyasi kataklizmlərlə müşahidə olunacaq. Proses Gürcüstan üçün sadəcə yerli özünüidarəetmə seçkiləri deyil, həm də siyasi gələcəyin, ölkənin daxili sabitliyinin və geosiyasi kursunun müəyyənləşdirilməsi baxımından həlledici mərhələ olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm