“Avropa İttifaqı bəyan edir ki, ABŞ Avropanın daxili işlərinə qarışmamalıdır, amma Brüssel özü Gürcüstana münasibətdə suverenlik prinsipini pozub”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Bu gün ABŞ administrasiyası Avropada baş verən prosesləri elə bizim keçən il etdiyimiz kimi qiymətləndirir. Bu isə Avropa bürokratiyasının xoşuna gəlmir. Suverenlik prinsipini indi xatırlayıblar, yəni başqalarının daxili işlərinə kənardan müdaxilə edilməməlidir. Halbuki Avropa bürokratiyası Gürcüstana münasibətdə suverenlik prinsipini gündəlik olaraq pozurdu. Burada ikili standartlar açıq-aşkar görünür. ABŞ administrasiyası Avropa İttifaqında gedən prosesləri dəqiq qiymətləndirir, bizim də bu illər ərzində qiymətimiz tam olaraq eyni idi”, - o qeyd edib.