İrakli Kobaxidze Vaaqn Xaçaturyanla görüşdü

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsində rəsmi səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşüb.

Teleqraf xəbər verir ki, təkbətək görüş zamanı Gürcüstan-Ermənistan münasibətləri və strateji tərəfdaşlığın inkişaf dinamikası müzakirə edilib.

Regionda sülh və sabitliyin xüsusi əhəmiyyəti vurğulanıb.

Təkbətək görüşdən sonra Gürcüstan Baş naziri hökumət üzvləri ilə birlikdə Ermənistan Prezidenti və nümayəndə heyətini rəsmi naharda qəbul edib.