İrəvan və Afina “Tramp yolu”nu müzakirə etdi

Afinada rəsmi səfərdə olan Ermənistan parlamentinin sədri Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetrit ilə görüşüb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər ikitərəfli əlaqələr, Ermənistan-Avropa İttifaqı münasibətləri, Ermənistan və Azərbaycan arasında sülh prosesi və regional hadisələrlə bağlı məsələlər müzakirə olunub.

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu layihəsinə (“Tramp yolu”) ayrıca diqqət yetirilib.

Ermənistan parlamentinin sədri sülh prosesini Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə də müzakirə edib.