Kavelaşvili Azərbaycana səfərindən danışdı

“Qonşu ölkələrə - Azərbaycan, Ermənistan və Türkiyəyə, daha sonra isə BMT və Serbiyaya səfərlərim daha aydın göstərdi ki, bizim xarici siyasi vektor alternativsizdir”.

Sherg.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib.

“Bizim ümumi məqsədimiz odur ki, Gürcüstan Cənubi Qafqazın əsas regional qovşaq statusunu daha da möhkəmləndirsin. Həmçinin, Asiya, Avropa və Yaxın Şərq kimi daha geniş coğrafi məkanların iqtisadi və sülh yolu ilə inteqrasiyasına maksimum dəstək göstərməliyik. Hər birinizə çağırış edirəm ki, ticarət və tranzit əlaqələrinin daha da inkişafı üçün səylərimizi əsirgəməyək. Bu, yalnız qlobal əlaqəliliyi gücləndirməyəcək, həm də Gürcüstana onun tarixi, mədəni və sivilizasiya yol qovşağı funksiyasını geri qaytaracaq.

Gürcüstan yalnız Orta Dəhlizin əsas qovşaqlarından biri deyil, həm də unikal mədəni dialoq məkanıdır, burada əsrlər boyu müxtəlif mədəniyyətlər sülh içində birgə yaşayıb”, - Gürcüstan prezidenti səfirlər konfransında çıxış edərkən bildirib.