Gürcüstanın Rusiya-Ukrayna müharibəsinin əvvəlindən apardığı siyasət düzgündür.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Pos TV” kanalına müsahibəsində deyib.
O bildirib ki, Gürcüstanın mövqeyi yeganə düzgün qərar olub və bu gün bu mövqeni bütün ölkələr dəstəkləyir.
Kavelaşvili qeyd edib ki, bəzi siyasətçilər Gürcüstanı Ukrayna ilə eyni vəziyyətdə görmək istərdilər.
“Özlərini siyasətçi və ekspert adlandıranlar hətta Rusiyanın məğlub olması üçün Gürcüstanı qurban verməyə hazır idilər. Onlar Gürcüstanı qurban verib bunu qələbə adlandırardılar”, - dövlət başçısı əlavə edib.